Lev Nikolayeviç Tolstoy “İvan İliçin ölümü” əsərində İvan İliç adlı qəhrəmanın kədərli hekayətinə toxunmuş, əslində insanların acınacaqlı və dramatik həyatını üzə çıxarmışdır. Bədii əsərdə qəhrəmanın uşaqlığından həyatının son anına qədər yaşadıqlarına qısa təsvirlərlə toxunaraq, real həyatda yaşamaq üçün mübarizə aparan insanların ömürlərini pul, vəzifə, ehtiras uğrunda necə keçirdiklərindən bəhs edib.
Həyat və ölüm...
Əslində, onlar ayrılmaz bir bütünün iki hissəsidir. Belə olduğu halda insanlar fani dünyanın nemətlərindən heç ölməyəcəkmiş kimi yapışırlar. Bir arzu, bir istək üçün ömürlər boşa gedir. Yaxşı! Bəs sevdiklərimiz və ya bizi sevənlər həyatımızda haradadır? Həqiqətənmi sevdik? Biz həqiqətən sevilirikmi? Yoxsa yaşadığımız hər şey sadəcə bir illüziyadır?