Hekayəmizin baş qəhrəmanı Ordınov məktəbi yenicə bitirmiş, kitablara düşkün içine kapanık bir insandır. Ordınov əvvəlcə özünü evə bağlayıb və insanlardan təcrid edib tək yaşayan biridir. Lakin “Kilsə tarixi” adlı əsərə görə o, xarici aləmlə qarşılaşmağa məcbur olur və həyatı alt-üst olur. Katerina ilə kilsədə tanış olur və ona qarşı müəyyən hisslər keçirir. Beləliklə, hekayə rastlaşdığı bu qadınla davam edir.
Açığı, kitabın ən çox bəyəndiyim hissəsi Katerina ilə Ordınov arasında romantik və poetik dialoqlar oldu.
Dostoyevski bu qısa romanında öz şedevrlərinə xas üslub gözəlliyi ilə xəstə ruhların həyatından reallıqla yuxular arasında unudulmaz səhnələri bizə çatdırır. Müxtəlif əhval-ruhiyyələrdə xoşbəxtliyə susayan, lakin buna nail ola bilməyən bu insanların qeyri-adi bir reallıqda necə yaşadıqlarından bəhs edən axıcı bir romandır. Dostoyevskini oxumağı sevən hər kəsə tövsiyə edirəm.