Gönderi

8/10
·192 syf.··
2024 8. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Ekim 2024 01:11
Heyvanıstanın sorağını çox eşidib, amma oxumağa vaxt tapmamışdım. Kaş daha tez oxusaydım dediyim kitablardan oldu. Kitabın mövzusu anladıla bilməyəcək dərəcədə möhtəşəm idi. Hər cür insani xüsusiyyətlər toxunulmuş, hər biri sətiraltı ifadələrlə tənqid edilmişdi. Napoleonda insanın şöhrətpərəstliyi nəticəsində nə qədər dəyişə biləcəyini və nələrə əl ata biləcəyini çox yaxşı şəkildə göstərilmişdir. Buna dostlarını düşünmədən öldürmək də daxil idi. Çığırğanın manipulasiya qabiliyyətinə şaşırmadım desəm yalan demiş olaram. Belə insanların gerçək həyatda da olduğunu düşünmək insanın necə mükəmməl quruluşulu beyninə sahib olduğunu düşündürsə də bir o qədər də qorxutdu məni. Snowboll hər nə qədər pis düşüncələrə malik olsa da yaxşı bir personaj idin. Həyatda pis xüsusiyyətə malik olmayan insan varmı ki? Bokser isə bir insanın nə qədər saf və zəhmətkeş olduğunu göstərən bir personaj idi. Yalan deməyim ən sevdiyim oersonajlardan biri də elə məhz Bokser idi (Spoiler. Kaş ölməsə idi) Hələ haqqında yazmaq istədiyim o qədər personaj qalıb ki Benjamin, Klover, Cessi, amma nə qədər az spoiler versəm o qədər yaxşıdır. Oxuyarkən mütləq tərcüməçinin qeydini oxuyun. Əslində hər bir heyvanın həyatda olan və bu hadisələrin yaşanmasında iştirak edən insanlar olduğunu bilmək insanı bunu oxuyarkən daha fərqli düşüncələrə daldırır. Hər zaman sevgi və kitablarla qalmağınız diləyi ilə…
1000Kitap
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,1bin okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.