Çox incə kitabdı, səhifələri də azdı. Amma insanda dərin və izahı güc hisslər yaradır. Bir az da düşünəndə əslində böcəyin yəni Gregor Samsanın əslində Kafkanın özü olduğunu anlamaq o qədər də çətin deyil. Zənnimcə Gregor Samsanı öldürən keçirdiyi metamorfoz deyildi. Onu öldürən yaşadığı yalnızlıq hissi və son mənəvi bağı olan bacının da ona üz döndərməyi idi. Burda sual yaranır. Sabah qalxanda bir böcək olsaq, bizi sonuna qədər sevən və qorxmadan yanımızda dayanan neçə nəfər olar? Əgər bu rəqəm sıfır olarsa bizdə Gregor kimi dayana bilməyib ölərikmi? Bu halın yaşanmaması üçün fikrimcə həyatda ən möhkəm bağı özümüzlə qurmalıyıq. Necə deyərlər heç kim olmadan yaşaya bilərəm, amma özüm olmadan olmaz. Ki, yuxarıdaki sualın cavabıda budu deyə düşünürəm.