On Dördüncü Adam
Puan vermedi·332 syf.··
2024 94. kitabı
Elxan Elatlıdan oxuduğum ilk kitab oldu. Daha doğrusu yoxladığım. Müəllifin kitablarını oxuyan kütlənin bir hissəsi çox tərifləyir digər hissəsi isə tamamilə pisləyir.Hətta oxumayanlar belə.. Beləliklə mən də sınamaq qərarına gəldim kitablardan birini.Jean Valjean bu kitabını mənə tövsiyə etdi. Mövzu haqqında qısaca danışım: Kitab iki insanın eyni marketə girəndən az sonra qətl olunması kimi cinayətlərlə başlayır. Ardından həmin marketin üzbəüzündəki mənzildə qalan, günün çox hissəsini balkonda keçirən kişinin həyat hekayəsinə yoğunlaşır. Əsərin mövzusu haqqında rəyimi yox onun ifadəsi ilə bağlı rəyimi deyim. Məncə müəllif qəşəng iş görüb, hadisələri yerində olduğu kimi çatdırıb. Düzdü bəzi hissələr yersiz olabilər orasına qatılıram. Amma ümumiyyətlə pislənəcək əsər olduğunu düşünmürəm. Əgər bu hekayə başqa bir xarici ölkədə olsaydı təmiz başqa gözlə baxılacaqdı ki buna qatılıram. Ümumilikdə əsər nə yaxşı idi nə də pis. Normal idi. Bu yazını yazmaqla da müəllifi nə təhqir nə də təqdir edirəm. Sadəcə kitabla bağlı olan fikrimi bildirmək istədim. Ümid edirəm hamınıza faydalı olar.
1000Kitap
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,201 okunma
·
276 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Əvvəla qeyd edim, çox qəşəng şərh etmisən) pisini deyəndə, gərək yaxşısını da deyəsən də adamın :D bu kitabda yaxşı iş çıxarmışdı ortaya. Bunu oxudun, vəssalam, daha bir də oxuma, qoy müəllim xatirində yaxşı qalsın😁
Møøň
Gönderi Sahibi
Təşəkkürlər :) Tamamdır.Məqsədim o idi elə 😁