Kitabın ilk hissəsi, məncə, digər hissələrə nisbətdə çox daha çətindir. Kitab ilk başda 17, 18, 19 və 20-ci əsrdəki cinsiyyət siyasəti üzərinə fokuslanır. Cinsiyyət praktikasının dövlət siyasəti tərəfindən necə istifadə olunaraq yeni idarə oluna bilən cəmiyyət formalaşdırması üzərində durur.
Kitab bundan sonra qədim yunan dövründəki cəmiyyət quruluşlarına həmin dövr yazılarının müqayisəsi və analizi ilə nəzər keçirir. Cinsiyyət praktikasının qədim yunan dünyasındakı yerini göstərməyə çalışır. Bu dövrlə Helenistik dövr arasındakı keçidi göstərməyə çalışır. Faktlar üzərində göstərilən cinsiyyət praktikasının tarixini göstərə bilir. İki dövr arasındakı fərqlər üstündə durur və səbəbləri göstərir. Lakin burdakı problemim, məncə, iki dövr arasındakı dəyişim mühitinin səbəblərini göstərmir, bəlkə də, ən başından bunu məqsəd bilir.
Kitab Helenistik dövrdən sonrakı cinsiyyət praktikasının necə Xristian qlobal sərhədləyici siyasətinə çevrildiyini göstərməyə çalışmır. Sadəcə bundan əvvəlki dövrlərin tam olaraq necə çevrildiyindən bəhs etmir.
Oxunmasının olduqca çətin olduğunu düşünürəm. Kitab siyasət, psixologiya, fəlsəfə, antropologiya, tarix kimi bir çox tədrisin birləşməsini göstərir.