9/10
·128 syf.··
2023 16. kitabı
Personajlar real həyatda görüşsəydi. Yəqin ki, aranızda Daniel Keyesin “Elcernon üçün çiçəklər” və Con Steynbekin “Siçanlar və adamlar” kitablarını oxuyanlar var. Məlumatı olmayanlar üçün deyim ki, hər iki kitabın əsas qəhrəmanları əqli inkişafdan qalmış iki şəxsdir. Hər iki personajın - həm Çarlinin, həm də Lenninin siçanlarla fərqli bağlılıqları var. Bəs görəsən, bu iki insan real həyatda qaşılaşsaydı aralarında necə bir dialoq olardı? Çox güman ki, belə: Çarli: “Bilirsən lenni mən də labaratoryada bir siçannan dosdam onun adı elcernondu o çox ağıllıdı hələ mənnən də çox şey bilir mən də onuynan biryerdə qaçıb oynamağa çalışıram amma o elə sürətdidi ki” Lenni: “Mən də siçannarı çox sevirəm onnar çox balaca və yumuşağdılar corc deyir ki gərəy onnarı çox bərk sıxmıyım amma mən onnarnan oynamağı çox istəyirəm onnarın tükü çox yumuşağdı” Çarli: “Hə lenni çox yumşaxdılar amma mən elcernonnan yarışmağa çalışıram isdiyirəm onu keçim onun kimi ağıllı olmağ isdiyirəm bəlkə mən də bir gün onun kimi sürətli və ağıllı olaram.” Lenni: “Corc deyir ki biz bir gün siçannarnan oynuya biləriy düz deyir hə çarli? bəlkə bir gün elcernonnan mənim yumuşağ tüklü siçanlarım bir yerdə oynuyarlar onlar çox şirindilər!”
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,6bin okunma
··
60 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.