·975 syf.··Beğendi
···Okunma: 14 Ekim 2024 22:04 Harry Potter seriyasının 5-ci kitabı.. Hər biri o qədər axıcı, möhtəşəm və insanın xəyal dünyasının çox çox irəlisində kitablar olmaqla, oxucuya çox dərin həyəcan, süprizlər yaşadır. Seriyanın hər kitabına dərin təriflər yağdırmaq üçün uyğun cümlələri tapa bilməməkdən qorxuram. "Zümrüdüanka yoldaşlığı" vəfalı dostluqlardan, cəsarət və ən gözəl sevgi- dostluq sevgisindən bəhs edir. Hərşeyin əslində göstərilməyə çalışıldığı kimi olmamasından, hərşeyə koru-koruna inanmağın yanlış olduğundan bəhs edir. Seriyanın ən qalın kitabı olsa da çox axıcıdır. Sizi olmadığınız diyarlara olmuşcasına aparacaq. Hiss edilənləri yüksək ürək döyüntüləri ilə hiss edəcəksiz. Mütləq oxumalısınız.