Klassik elmi fantastik ədəbiyyatlar siyahısında öz yerini bərkitmiş və oxuyarkən çox zövq aldığım bir kitabdır. Xüsusilə Darvinin Təkamül nəzəriyyəsi və keçid növlərlə əlaqəsinə görə zamanında ABŞ-da antropologiya dərslərində əlavə ədəbiyyat kimi oxudulmuş bir kitabdır. Əsərdə bir neçə ara növ canlandırılıb. Bu mövzunu ədəbi şəkildə canlandırması mövzunun anlaşılmasını asanlaşdırdığı üçün məhz dərslərdə oxudulmasına şərait yaradıb. Atavism fəlsəfəsindən, yəni kobudca desək canlının öz keçmiş kökünə geri dönməsi fikrindən yararlanıb. Bu yanaşmanı Bəyaz diş və Əcdadların harayı əsərlərində də müşahidə etmək mümkündür. Yazar əsərdə keçid növlərin fiziki görünüşündən çox şüuri tərəflərini ortaya qoyub. Xüsusilə də İri dişin (Big Tooth) təsviri kitabın heç bir yerində yoxdur.
(Bu əsəri oxuyanda uşaq vaxtı yuxudan hardansa yıxılırmışam kimi hiss edib oyanmağımın səbəbi aydın olmuşdu)