·56 syf.··Beğendi
···Okunma: 16 Ekim 2024 21:48 Kitabda Rasim Qaracanın miniatür şeirləri yer alır. Çox xoşuma gələn bir neçəsini aşağıda qeyd edirəm:
mən günəşin batmasını seyr edirəm
günəş də mənim batmağımı
-
kimsəyə pislik etməyin
cavabında o adamın susması var
-
payız tez gəlsə barı
tanıyaram budağımdakı saxta yarpaqları
-
sevdanın başqa bir adı
gözünü tavana zilləyib
saatlarca baxmaqdır
-
sən yalnız saman çöpüsən
mən isə boğulmaq nə olduğunu bilmirəm
-
çox şey var sənə söylənəcək
ancaq sözlərlə ifadəyə gəlməz
birbaşa
dodaqlarımdan dodaqlarına ötürüləsi
-
qəribədir
hələ tanış olmadığımız zamanlarda çəkilmiş
bir fotoşəkil qalıb səndən yadigar
-
"buludlar" demək doğru deyil
baxın, hər buludun
öz ayrı macərası var
-
gəmilər balıqların buludları...
-
bəzən
çatlamış divarlarda da yazırlar:
"mən səni sevirəm"
-
xatirələr daha aydın görünür bəzən
göz yaşı pərdəsindən...
-
qucağında ümidsizlik
üzündə çat-çat olmuş cavanlıq
bir qadın