Puan vermedi·264 syf.····Okunma: 18 Ekim 2024 14:49 "Arnem zooparkında bir gözəl axşam baxıcılar şimpanzeləri içəri çağıranda iki yeniyetmə şimpanze içəri girməkdən boyun qaçırdı. Hava çox gözəl idi. Bütün ada onlara qalmışdı və bu xoşlarına gəlmişdi. Zooparkın qaydalarına görə, bütün meymunlar içəri girmədən heç kimə yemək verilmirdi. İnadkar yeniyetmələr geri qalan meymunlar arasında gərgin bir atmosfer yaratmışdı. Bir neçə saat sonra , nəhayət, içəri girdikləri zaman baxıcılar onları digərlərinin qəzəbindən qorumaq üçün ayrı bir yataq otağına saldı. Bu onları, sadəcə ,bir neçə saat qorudu. Ertəsi sabah adaya çıxdıqları zaman bütün koloniya gecikən axşam yeməyi üzundən hiss etdikləri qəzəbi günahkarların üstünə tökdü, onları qovalayıb döydülər. Həmin axşam ilk olaraq içəri girən həmin yeniyetmələr oldu."
"Dünya üzrə tanınmış primatoloqlardan biri olan" Frans de Vaalın qələmindən "İçimizdəki meymun " kitabına nəzər salırıq.
Kitabı ilk dəfə əlimə aldığım zaman daxilimdəki meymun deyə fikirləşərək oxumaq qərarına gəlmişdim. Vərəqlədikcə daxilimdəki yox zooparkdakı meymunların həyatını oxuyacağımı başa düşəndə artıq gec idi. Meymunları sevənlərin maraqla oxuyacağı bir kitabdır, çünki mən də maraqla oxudum (134 günə oxumağıma baxmayaraq.)
Darvinizm daha çox yer alır kitabda. Yazıçı hər cümlənin əvvəlində "primat qohumlarımız " deyə deyə meymunların --əjdadlarımızın yaşayışından-- zooparkdakı meymunlarla bağlı yaşanmış hadisələrdən bəhs etmişdır.
Bu kitabı oxuduqca meymunlara qarşı baxış bucağınız dəyişəcək.
Qida əldə etmək, sakitliyi qorumaq üçün bir birlərini tumarlamağın vacibliyini, yuxarıda qeyd etdiyim - səhv edərkən səhvin cəzasını çəkə bilməyi, meymunlar arasında haqq -ədalət tələbini, sevgini, hörməti, yaddaşı, edilən yaxşılığı unutmamağı, düşmənə qarşı birləşməyi oxuyacaqsız.
Bütün bunları diqqətlə təqib edən Frans de Vaalın özünü - insanları təkamül prosesinin bir parçası kimi görməsi bəlkə də təbiidir. Artıq onları -- meymunları meymun kimi görməməsidir.
İnsani hissləri olan meymunları gördükdən sonra insanı heyvan kimi görməsi də bəlkə də təbii haldır.
Maraqlı yazılması, sırf meymunla bağlı olmaması, lakin hər mövzunu meymuna bağlaya bilməsi bu kitabı mənim gözümdə darıxdırıcı olmaqdan xilas etdi.
Oxuyacaq olanlara xoş mütaliələr.