Puan vermedi·256 syf.····Okunma: 20 Ekim 2024 00:12 Kitab Ömərin Macidəni gəmidə görüb , ona aşiq olması ilə başlayır.Bu iki gənc daha sonra bir-birilərini sevib,tez bir zamanda ailə qururlar. Maddi sıxıntılar, o illərdə yaranan problemlər onların həyatında ciddi dəyişikliklərə səbəb olur.Macidə bütün bunların öhdəsindən gəlməyə,hərzaman yoldaşının dəstəkçisi olmağa çalışsa da bir nöqtədən sonra Ömərlə yollarını ayırmaq qərarına gəlir və bir məktub yazaraq onu tərk etmək istəyir.Bu qərarı verməsininin səbəbi Ömərin öz deyimi ilə desək “İçindəki Şeytan “adlandırdığı bəhanələri olur.Amma əslində o şeytan sadəcə onun acizliyi,tənbəlliyi və ən əsası iradəsizliyi idi. Təbikii özlərini milliyətçi adlandırığı dostlarının təsirini də unutmaq olmaz.Kitabda bütün bu məqamlar aydın şəkildə öz əksini tapır.Yazıçı əslində “İçimizdəki Şeytanın” sadəcə səhvlərimizin üstünü örtmək üçün özümüzdən uydurduğumuz yalanlar olduğunu Ömərin həyatını qələmə alaraq bizə izah etdi.
Bu səhvləri görməzdən gəlmək yerinə onları düzəltməyə çalışmalı,nəfisimizə sahib çıxmalı və həqiqətləri görməkdən heçvaxt qaçmamalıyıq.