Gönderi

Yaxşılıq içdən gəlir. Yaxşılıq bir seçimdir.
8/10
·172 syf.··
Beğendi
·
2024 1. kitabı
İlk səhifələrdə mən nə oxuyuram deyə sorğuladım özümü çünki, başlanğıc o qədər dəhşətlə dolu idi ki bir anda özümü vahimə dolu bir distopik dünyada tapdım. Argo ifadələr zorakılıqlar cinayətlər və s yazıçı məharətlə sadalamışdı rəsmən. Baş qəhramanımız Alex deyə 15 yaşlı bir gənc amma gəl görəsənki küçələrə pislik gətirən içki, oğurluq, təcavüz və nələr nələr edən bir dəstənin lideridi. 3 hissəli kitabın 1-ci hissəsində Alex və dəstəsinin amansızca elədikləri oğurluq ,zorakılıq və sonu həbsdə bitən hadisəni ələ alır. Bunla da Alex'in həbsxana günləri başlayır. İkinci hissə həbsxana mühitini dövürün nə qədər ümidsizliklə dolu olduğunu ələ alır. Bu zamansa bütün cinayətkarlar üzərində edilməsi planlaşdırılan bir eksperimentin Alexin üzərində yoxlanılmasına qərar verili(məncə hekayənin ən maraqlı və düşündürücü hissəsi burasıdı) Bir insanın əlindən hür seçim imkanını alsaq və buna görə yaxşılığı seçmış olasa(məcburçuluqdan) həqiqətən mi əsasında yaxşı bir insan mı olmuş olur? Yoxsa bir insanı yaxşı edən onun pisliyi seçmə imkanı olduğu halda yaxşılığı seçməsimidir? Başqa bir seçim yoxdursa bu seçim məcburiyyətdən başqa nə olar bilər axı? Bir insanı insan eyləyən onu öz hür iradəsi ilə seçim edə bilmə şansıdır əsasında, bu iradəsini də əlindən alsaq?... Bu sorğularla eksperiment bitir və pisliklərdən təmizlənmiş içində saf olmayan yaxşılığın olduğu bir fərd qazandırılır dünyaya(amma siyasət burda da durarmı heç hooop gəldi iki gözümün çiçəyi) nəticəsində Alex öz HÜR iradəsi ilə yaxşılığı seçir. Qısacası başlanğıcda çəkinə bilərsiz(məndə çəkindim oxumağa amma (böyük ehtimalla sıxıcı uni mühazirələrini dinləməkdən sə kitab oxumaq daha cəlbedici gəldi) yenə də oxudum. Tövsiyə edərəm oxuyun. TƏŞƏKKÜRLƏR (ilk incelemem idi səhvim olarsa üzürlü sayın)
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 2009113bin okunma
·
20 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.