Gönderi

10/10
·302 syf.··
2024 19. kitabı
Pediatrın uşaq tərbiyəsini beynin inkişafı , insanın uşaqlara yanaşması, reaksiyası fonunda dəyərləndirib, verdiyi nümunələrlə təsəvvür yaratmağa çalışıb. Təsəvvür , təsvir etmək, beyində canlandırmaq. Əminəm ki, bu, artıq insanların keçdiyi təcrübədən , nəticədə beyində formalaşan sxemalardan , təcrübəni əks etdirən tor şəbəkələrindən asılıdır. Bunu da necə qazanırıq? Uşaqlıqdan hər bir istəyimiz baltalanmadan, dəstəklənərək, təşviq edilərək reallaşdırılır. Torpağı qazmaq , qaçmaq , bir oyunu müxtəlif ,uşaqların öz aralarında qoyduğu qaydalarla oynamaq imkanının yaradılması, müxtəlif , çeşidli məkanlara gedilməsi, fərqli uşaqlarla tanışlıq i, çeşidli ,müxtəli hekayələr, kitabların oxunması , beyində neyronlar vasitəsilətorlu təcrübə şəbəkələri yaradır. Həyatımızın sonrakı gedişatında da bu təcrübədən faydalanırıq. Əgər bu təcrübə imkanı uşaqlıqda ,sonra da yetkin insanlar olaraq məhdudlaşdırılırsa yaradıcılıq imkanı aşağı enir. Çünki ,o təsvir və təsəvvür şəbəkəsi beyində olmur. Yaş ötdükcə tərcübəsiz insanda yeni təcrübələr yaranırsa , bu zaman neyronların beyindẹ şəbəkə yaratması davam edur, ancaq bu proses artıq körpələrə nisbətdə daha ləng gedir. Bu da qərar vermədə, uşağı yetişdirməkdə, kommunikasiyada , yaradıcılıqda çətinlik yaradır. İnkişaf ,məsləhət tipli, uşaq tərbiyəsi ,inkişafı adına kitablar oxuyarkən , seminarlar keçərkən tərbiyəçilər, valideynlər , müəllimlər dəyişəcəyini, inkişaf edəcəyini qəbul etməli, buna hazır olmalıdır. Əgər bunu etmirsə, oxunulanlar yalnız uşaqlara tətbiq edilirsə, ancaq inkişaf gözdə canlanmırsa, istənilən nəticə də alınmayacaq.
Psikoloji
Başka Türlü Çocuk YetiştirmekCatherine Gueguen · Epsilon Yayınevi · 202311 okunma
·
40 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.