9/10
·304 syf.··
Beğendi
·
2024 8. kitabı
·
18 günde okudu
·
Okunma: 22 Ekim 2024 21:34
Heather Morrisin- Auşvitz döyməçisi əsərini oxudum. Bəlkə də , “Auşvitz döyməçisi” əsərini hamı oxumalıdır. Uşaqdan -böyüyə kimi. Niyə? Çünki hər bir insanın həyatında çətin, dözülməz saydığı dönəmlər olur. Bu , qaçılmazdır. Məhz , belə dönəmdə bu əsərin gerçək qəhrəmanları hər kəsə gözəl nümunə ola bilər. Auşvitz ilk olaraq 1940- cı ilin may ayında polyak siyasi məhbusların saxlanması məqsədilə inşa olunmuşdur. Burada kütləvi məhvetmə prosesinə 1941- ci ilin sentyabr ayında başlanılmışdır. 1942- ci ilin əvvəlindən 1944- cü ilin sonlarına qədər almanlar tərəfindən işğal olunmuş Avropanın hər yerindən qatarlar vasitəsilə yəhudilər buradakı qaz kameralarına gətirilir və zəhərli qaz vasitəsilə kütləvi öldürülürdü. Əsərin baş qəhrəmanı Lale də Skovakiya yəhudisidir. O Auşvitz - Birkenau toplama düşərgəsinə 1942-ci ilin aprelində gətirilib. Ona, Almanlar tərəfindən digər bütün əsirlərin qollarına onların nömrələrini döymə etmək tapşırılır. İki il yarım əsirlikdə sağ qalmağa çalışan Lale həyat ilə ölüm - dirim mübarizəsi verir. Evindən çıxan an özünə söz verir. Nəyin bahasına olursa olsun sağ qalacaq. Sözünə inanır və əməl edir. Lale çox cəsur, çox ağıllı və digər əsirlərin həyatlarını xilas edən ürəkli biridir. O həyatı ilə risk edərək tikintidə işləyən insanlarla ölən yəhudilərdən qalan daş- qaşları dəyişərək yemək, ərzaq, dərman alıb gizlin yollarla əsirlərə verir. 1942- ci ilin iyul ayının bir günü , 32407 nömrəli Lale qoluna 4562 nömrəsinin döyməsini etdirmək üçün titrəyərək növbədə gözləyən bir gənc qadınla tanış olur. Gitaya vurulur və sağ qalacağına, Gitanın da buradan sağ çıxacağına və onların evlənəcəyinə and içir. Lalenin həyatı , ümidin, sevginin və insanlığın ən pis və qaranlıq şəraitdə belə yaşaya biləcəyinin güclü bir dəlilidir. Lale gücün, məqsədin rəmzidir.Lale sevginin özüdür. Qadını üçün Auşvitzdə SS zabitlərinə sinə gərən, Gitanı əsirlikdən qaçandan sonra Bratislavada küçə- küçə piyada gəzib axtaran və tapacağına inanan bir qəhrəmandır. Dəfələrlə yorulsa da düşərgədə Gitaya “mənə , bizə inan. Biz buradan sağ çıxacayıq və evlənəcəyik” sözlərini təkrar- təkrar deyən Lale onu ölməyə qoymur. Ümidi onları xilas edir. Lale uzun illər Gita ilə yaşayır. Xoşbəxt.Bu nağıl çox gözəl bitir. Gitadan 3 il sonra da Lale dünyasını dəyişir. Əzab əziyyətli də olsa lakin gözəl sonluqla. Əsəri oxuya- oxuya hər an hansısa əsas qəhrəmanın öləcəyini düşünüb həyəcan keçirmişəm. Əsərin gerçək həyat hekayəsi olması mənə bütün həyata , ən pis gündə belə inanmağı öyrətdi. P.S. Çıxdığınız yola, yolunuzda addımdığınız yoldaşa, məqsədinizə və yolun nəticəsinə inanın. Unutmayın, həyatınızın rəssamı sizsiniz.Qələm sizin əlinizdədir. Yaxşı şeylər, inamlı yazılar yazın. Sona inanın.İnam uğurun yarısıdır. Sevgi ilə qalın.. Kitabla qalın
Auşvitz DöyməçisiHeather Morris · Qanun Nəşriyyatı · 01,598 okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.