Gönderi

Yerlə göy arasında…
Puan vermedi·336 syf.··
Beğendi
·
2024 57. kitabı
·
29 günde okudu
·
Okunma: 23 Ekim 2024 14:48
İlk dəfə Vaqif Bayatlı qələmini Dörd Şair, Qırx Dua kitabındakı şeirlərilə tanımışam. Adının Odər hissəsi mənə İsa Muğanna nı xatırladır. O da elə Muğanna kimi ədəbiyyatımızın “dəli”lərindən, göy adamlarındadır. Onun nəsrdə ortaya çıxartdığını, Vaqif bəy şeirlə çatdırır sanki. Hər ikisi mənə görə yerlə göyün arasında sıxışıb qalmış insanlardır. Ölüm mövzusunda yazdıqlarından isə adaşı Vaqif Səmədoğlu şeirlərinin ətri gəlir. Vaqif bəy çox fərqli bir şairdir, inanmıram zövq alaraq oxuyanı çox ola… Kitab, əsasən, şeirlərdən, mövzu baxımdan bölünmüş hissələrdə isə kiçik nəsr hissəsi və şəkillərdən ibarətdir. Son olaraq, mənə çatmayan kitabda kiçik bir oğlan uşağının paltarsız fotoları var. Yəqin ki, nəvəsidi müəllimin, amma niyə də niyə ))
Yupyumru Bir Eşq İlaVaqif Bayatlı Odər · Çinar-Çap Yayınevi · 19486 okunma
·
72 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.