Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Vaqif Səmədoğlu

Vaqif SəmədoğluUzaq Yaşıl Ada yazarı
Yazar
7.8/10
25 Kişi
86
Okunma
30
Beğeni
4.108
Görüntülenme

Hakkında

Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005). Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)[4]. Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000). Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Tam adı:
Vaqif Səməd oğlu Vəkilov
Doğum:
Bakı, Azərbaycan SSR, SSRİ, 5 Haziran 1939
Ölüm:
Bakı, Azərbaycan, 28 Ocak 2015

Okurlar

30 okur beğendi.
86 okur okudu.
3 okur okuyor.
29 okur okuyacak.
3 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Darıxanda pis darıxıram. İnsan darıxmağı deyil bu, insan ömrü deyilən şeyə heç bir dəxli yoxdur bu darıxmağın...
Sayfa 154 - 1986Kitabı okudu
Yalan deyirlər, yalan sözdür, asanlıqla, gülə-gülə doğmayıb,yaratmayıb öz musiqisini Mosart Belə asan, gülə-gülə ölə bilməz insan. Yalan deyirlər,yalan...
Sayfa 81 - 1983Kitabı okudu
Reklam
Bir kəsin yadına düşmək istəyirəm yaman, bir kəsin yuxusuna girmək. Sağlığıma içilmək istəyirəm yaman. İstəyirəm arzularımın əlindən tutan, xatirəmi yerdən qaldıran olsun. Bir kəsin gülüşünə, birinin ahına dönmək, bir pəncərədə yanıb, bir pəncərədə sönmək istəyirəm yaman...
Sayfa 72 - 1982Kitabı okudu
Danışanda səsi çıxmır, susanda qəribə şeirlər deyir...
Öldün,getdin, bağışla,ağlaya bilməyəcəyəm sənə. Bilirsənmi neçə ağac kəsilib gözlərimin önündə, qayalardan atılan neçə şəlalə intiharı görmüşəm? Özüm də bilmirəm, neçə ulduz basdırmışam göylərdə, neçə insan ümidinin meyidini buza qoymuşam qəlbimdə? Yer üzünə gələndən bəri gündüzlər aydan, gecələr günəşdən yetim qalmışam hər gün. Bağışla, çoxdur ölənlərim, sənə ağlaya bilməyəcəyəm...
Sayfa 191 - 1995Kitabı okudu
Deyərmi
Quşlar bağça-bağa girməzdən qabaq, Bağbana elçilər heç göndərərmi? Bənövşələr dağda boyun bükəndə, Dumana elçilər heç göndərərmi? Göy çəmənə yağış yağanda səhər, Otlara, güllərə yağım deyərmi? Ay işığı al yanağa düşəndə, Qara gözlərinə baxım deyərmi? Qışı əridəndə hər yanda günəş, Gəlim, ya gəlməyim soruşmaz bahar. Çiçək nəfəsiylə, körpə səsiylə Gülüm, ya gülməyim soruşmaz bahar…
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Əlimi uzatdım Sevincə sarı, Gördüm, yox, Arada kədər dayanıb. Atamı səslədim, Köməyə gəlsin, Gördüm, yox, Arada qəbir dayanıb. Üz tutub gedirdim Allaha tərəf, Gördüm, yox, Arada ömür dayanıb...
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Reklam
Bu gün onun anım günüdür...
Salam qaranlıqda rastlaşdığım, ədalarından çaşdığım qadın, İri, zövqsüz saatın gündüzlər kölgə saldığı yerdə dayanmışdım. Kölgə qadın. kölgə insan, Yadındamı? Yadındamı əlini sıxdığım o gecənin adı? Sarılma həvəsi, taksi, konyak qoxuyan insan nəfəsi.
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
8/10 puan verdi
·
28 günde okudu
"Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..." Özünəməxsus dərin dəst-xətti olan Vaqif Azərbaycan poeziyasına sanki bir hədiyyədir.Vaqifin şeirləri insanı,həyatı,cəmiyyəti və öz daxilini anlamaq ehtirası ilə doludur.Şeirlərinin misraları bəzən insanı coşdurur,həyəcanlandırır,bəzən düşündürür.Fərqliliyi və çağdaşlığı ilə poeziyamızda xüsusi yer tutan Vaqif nə atası kimi,nə də digər şairlər kimi yazırdı.Onun şeirlərinin adı yoxdur,bir çoxunun sonu üç nöqtə ilə bitir,az sözlə oxucuda güclü təsir yaradır.Mənə bu qədər təsir edən onun bənzərsiz,özünəməxsus stilidir yəqin ki.Mükəmməl bənzətmələrlə oxucunu valeh edir Vaqif.. Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında! - deyirdi Vaqif Səmədoğlu.Onunla ilk tanışlığımız olan bu şeirin məndəki yeri çox başqadır.Bilmirəm,özü istədiyi kimi yaşayıb ya yox,amma şeirləri çoxlarının qəlbində yaşayır,bundan əminəm..
Uzaq Yaşıl Ada
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200433 okunma
216 syf.
·
Puan vermedi
Sərbəst vəzndə yazılmış şeirlər ama hər biri çox aydın şəkildədi. Möhtəşəm bir qələmi var Vaqif Səmədoğlu'nun hamımız oxuyub, tanımalıyıq. Çox doğma gəldi mənə şeirlərin hər biri.. Tək mənfisi şeirlərin çox qısa olmasıdı. Oxuduqca oxumaq istəyirsən ama bir tərəfdən də kitabın bitməsini istəmirsən. Bir dəfə oxunacaq kitab deyil, şeirə ehtiyacımız olan vaxtlarda kitabı yenidən aça bilərik..
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201633 okunma
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma