Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Sən gedib məndən alandan məni qaldım sənsiz, Gəlmədin, gözləri yollarda qocaldım sənsiz. Bir qərib şam işığı, bir həzin hicran otagi, Sənlə birlikdə keçən günlərə daldım sənsiz. Eşq bazarına getdim, belə sevda etdim, Fərəhi, nəşəni satdım, kədər aldım sənsiz. Getmisən, badeyi-hicran içirəm, ey daşürək, Vəsl peymanəsini daşlara çaldım sənsiz. Hicr döndərdi könül mülkünü qəm vadisinə, Neçə qəmlə dolu karvan yola saldım sənsiz. Taleyim qarə, günüm qarədi, bəxtim qarə, Məni hər gün qara basdıqca qaraldım sənsiz. Ayrılıq bağçalarından sarı güllər dərdim, Sarı güllər kimi həsrətdə saraldım sənsiz. İntizarında nələr çəkdi Vüqar bəxtiqara, Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.
Uşaqların ayağı torpağı bölə bilmir, Necə ki, eyni yağır yer üzünə yağışlar. Sülh haqqında yazılmış iki gözəl misradı: Bir göy üzündə quşlar, Bir də yerdə uşaqlar.
Reklam
Təhminə...
Siqaret çəkməyimi istəyirdin, Nəyisə sənə xatırladırdı bu. Qızlar sevdiklərindən alışqan yadıgar saxlayır, Siqaretdən öyrəndim bunu. Nətərsən?
Təpədən dırnağa hirs içindəyəm Dönmüşəm dustağa hirs içindəyəm Bu hasar içində, bu hirs içində Ürəyim özünə yer tapa bilməz Bir çiçək qoxusu, bir quş qoxusu Daha ürəyimə yol tapa bilməz Səpdim mən öz yarama mən öz külümü Adam öz külünə bulunur belə Dişim parça-parça kəsir dilimi Şeirim hecaya bölünür belə Mən belə adamam məndən uzaq gəz Uzaq gəz xeyirimdən, şərimdən mənim Daha bu qələmim çiçək bitirməz Qızlar çələng hörməz şeirimdən mənim Qaçdım məni sevən gözlərdən daha Hamının sevgisi gözündə qalsın Ev tikən deyiləm sözlərdən daha Qoy hamı o çölün düzündə qalsın
Ramiz Rövşən
Ramiz Rövşən
Ayrılığa bir heykəl olmalı bu şəhərdə, havada uçan bir əl...
Qəmin yanımda saxlaram, bir ömrü yadigar ola, O səndən etibarlıdı, çətin bietibar ola, Sənə heyifdi göz yaşım, əlimdə ixtiyar ola, Sıxıb gözümdə saxlaram, dağıtmaram yanaqlara.
Reklam
İndi bildim niyə soldun, çiçəyim? Göz yaşımla sulamışdım səni mən!
Könlüm səndən dönən deyil, Gəlmir xoşuna, gəlməsin. Mən sevirəm, qədrimi bil, Nadan tuşuna gəlməsin. İncit, necə istər kefin, Əzabıma baxıb sevin! Ölsəm, ağla, qoy heyifin O göz yaşına gəlməsin. Taleyimin üzü sərtdi. Eşqindən dönən namərddi. Unudulmaq yaman dərddi – Gülüm, başına gəlməsin.
Bə sonra?
Heç darıxma, mən də çıxıb gedəcəm, - Adiləşim, unudulum... Və sonra. Ürəyində soruşursan, bilirəm: "Deyək - getdin, tutaq - qaldın, bə sonra?!" Mən nə bilim o sonranı kim bilir? - Sonrasını Allah bilir, cin bilir, İnanmıram hansı kitab, din bilir, - Nə tutubsan "bə sonra?"dan, nə sonra?! Tanrı dönüb biz tərəfə baxdı ki, Köhnəlmədim, vaxtım nə tez çıxdı ki?! O dünyada görüş yeri yoxdu ki,- Gözləyəcəm, görüşərik... Hə, sonra. Sabir Yusifoğlu
Bu əllər əvvəl-axır Bir gün bumbuz olacaq. Bu bədən kökə gəlməz Simsiz qopuz olacaq. Quruyub daşa dönür Göy üzündə buludlar. Ömrün cədər düzündə Kişnəyir ölü atlar. Ulduzlar damır yerə Gecənin yarasından. Yuxulu gürzə çıxır İki daş arasından. Haraya hay verməyib Dünya keçir kar kimi. Bir kor dəyir divara Bizim dualar kimi....
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Reklam
Bu gün onun anım günüdür...
Salam qaranlıqda rastlaşdığım, ədalarından çaşdığım qadın, İri, zövqsüz saatın gündüzlər kölgə saldığı yerdə dayanmışdım. Kölgə qadın. kölgə insan, Yadındamı? Yadındamı əlini sıxdığım o gecənin adı? Sarılma həvəsi, taksi, konyak qoxuyan insan nəfəsi.
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Yolumuz duman olmuş, Yaxşılar yaman olmuş. Haqq bu gün öz haqqını Haqsızdan uman olmuş Hara gedr bu dünya?
Sayfa 320Kitabı okudu
Dedim: Susma, danış, din, Nə danışdın, nə dindin. Məhəbbətin oduna Mən yandım, sən isindin.
Sayfa 316Kitabı okudu
Gəzmək istəyirəm... sənsizliyimi Yollarda itirim, unudum tamam. Hara gedirəmsə, xatirən kimi Ağır bir yük ilə qarşılaşıram. Səni itirmişəm, neyləyim ancaq Hər zaman, hər yerdəgörünür yerin. Yox, dözə bilmirəm, dərd ondadır ki, Özündən ağırdır xatirələrin. Şirin xatirələr bir tikan təki Yollara səpilib dəstəbədəstə. Xatirən tikandır cızır qəlbimi, Yoxluğun duz səpir yaramın üstə. Yaddaşım elə bir günəş ki, gün ki, Dünəni nur kimi görürəm aydın. Deyirəm, yaddaşım elə ölsün ki, Mənə dünənimi xatırlatmasın!
Sayfa 262Kitabı okudu
43 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.