Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Profil
Əlhəmdu lillahi rəbbil aləmin dənizlərin uzağında gözdən itən gəmilərin günəşlərin, küləklərin, bihudə keçən günlərin peşimanlığından sığındım sənə. Dalğalar da sahilə danışar sirrini dənizlərin yosunlar necə rəqs edər balıqların nəğməsinə... İhdinǝs-sirat əl müstəqim Yanlışım yox, məhzun gözlüm, mən hər daim səni sevdim. And olsun yeddi
Sayfa 88 - Şəhriyar Del GeraniKitabı okuyor
Naz

Naz

@Quiescent
·
25 Nisan 21:35
Səndə ey bülbül əgər seyri-gülüstan eşqi var Bilki məndə, səndən artığ vəsli-canan eşqi var Kimdi bülbül kim, bərəbər olsun əhli eşqinə Kim subut eylər ki, bülbül`lərdə insan eşqi var Gəl məne pərvanəyə, pərvəneye aşiq demə, Onda şəm'in eşqi, məndə yare xuban eşqi var SeyyidƏzim_Şirvani
Reklam
Nazrin Najaff

Nazrin Najaff

@_najaffli_
·
20 Nisan 12:38
Söyüdləri oxşayaydım əlimlə, Sevinəydim çəmənimlə, çölümlə. Durnaları əyləyəydim dilimlə, Arzularım qönçəsindən çıxaydı, Saçlarıma yaz yağışı yağaydı. Çəkiləydi göy üzündən duman, çən, Yollar çiçək bitirəydi dizəcən. Gül ətrindən məst olaydı yol keçən, Arzularım qönçəsindən çıxaydı, Saçlarıma yaz yağışı yağaydı.
Sayfa 113Kitabı okudu
Oktyabr şeiri
kəsib tullayasan qollarını da, yetim saxlayasan qucaqlarını... biryolluq hamıdan çıxıb gedəsən, bir it qucaqlaya ayaqlarını... ay ağac, yazıqsan - qış ağacısan, bu bekar torpağın boş ağacısan, bilsəydim anamın baş ağacısan, o vaxt sındırmazdım budaqlarını... qırmızı kəndirdə boynun dincələ, ölüm də gələndə gülərüz gələ, bir gün uzaqlardan bir payız gələ, deyə ki, qaytarın yarpaqlarımı!
Sayfa 86 - Şəhriyar Del GeraniKitabı okuyor
Son
Gözümdə başqa bir adam gizlənib, Mən özgə gözlərə baxa bilmirəm. Ətrin bu şəhəri bürüyüb gedir, Daha küçəyə də çıxa bilmirəm. Mən ki, mən deyiləm, bir quru daşam, Yoxdu hərarəti buz əllərimin. Yandır şəkilləri, yandır bu axşam İsin istisində şəkillərimin.
Sayfa 83 - Şəfaqət ƏləsgərovaKitabı okuyor
Sevgi nağılı
Mən günəş olaram səhər səninçün, Buludlar içində yalqız gəzərəm. Görsəm istiliyim incidir səni, Olub göy üzündə ulduz gəzərəm. Desən darıxmışam ötən günlərçün, Yenidən başlayıb başa dönərəm. Desən ki, danışma, sus, daha bəsdi,
Sayfa 81 - Şəfaqət ƏləsgərovaKitabı okuyor
Reklam
Hardan bilərdim?
Mən hardan bilərdim sevərəm bir gün, Həsrətdən alışıb yana bilərəm?! İsti nəfəsindən külə çevrilib, Soyuq baxışından dona bilərəm?! Mən hardan bilərdim dəli olaram, Görərəm hər gecə yuxumda səni?! Özüm itirərəm həsrət yolunda, Sonra axtararam çoxunda səni?! Mən hardan bilərdim ürəyim səndə, Gözlərim ömürlük yolda qalacaq?! Bütün xəyallarım öndə gedəcək, Bütün arzularım dalda qalacaq?! Mən hardan bilərdim sənli günlərim, Sənsiz günlərimin xatirəsidir?! Dəli deməsinlər adıma mənim, Desinlər sadəcə eşq xəsdəsidi. Mən hardan bilərdim, hardan bilərdim, Sənin son gedişin əcəlim olar?! Yaşadım, xəbərin olmadı məndən Bir gün yaşamaram, xəbərin olar!
Sayfa 80 - Şəfaqət ƏləsgərovaKitabı okuyor
"Vətən bağı" al-əlvandır
"Vətən bağı" al-əlvandır, Yox içində xarı bülbül. Nədən hər yerin əlvandır, Köksün altı, sarı bülbül?! Səhərin gülşən çağında, Nə gəzirsən bağı, bülbül?! Oxudun, ağlım apardın,
Yaxşılıq
Yaxşı olma, yaxşılıqdan ötəri, Yaxşılıq et, qoy olmasın xəbəri. Ək, dünyada birə yüzdür səməri, Qızıl taxıl dənəsidir yaxşılıq, Kimə versən dönəsidir yaxşılıq. Yaxşılığa qoyulmayıb tərəzi, Yaxşılıq et, sil qəlbindən qərəzi.
"İlk Məhəbbətim"
Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan, məhəbbətim. Sən mənim başıma nələr gətirdin, Ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıbdan, Ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə də sevə bilərmiş. Mənəm, milyard naxış səpmişəm göyə, De, varmı hesabı
Reklam
Naz

Naz

@Quiescent
·
15 Nisan 08:05
Eşq neyləsün sənün ilə?
İçün-taşun murdar ikən eşq neyləsün sənün ilə? Könlün gözü uyur ikən eşq neyləsün sənün ilə? Aşiqlərə yoldaş olub, sadiqlərə yar olmadun, Ölməzdən öndən ölmədün, eşq neyləsün sənün ilə? Dünyə gözün rövşən edüb, könül gözün kor eylədün, Zülmət dolıcaq könlünə eşq neyləsün sənün ilə? …
Sayfa 243Kitabı okudu
Qalmasın
Uçuruma düşənə uzanmaz əlin Gözün saxta axan yaşı qorxulu. Ötəri yanından keçən əcəlin, Arxadan atılan daşı qorxulu. Ürək dediyinə dilin uyuşmaz, Kimsənin ahına ötəri baxma. Ömrünün qocalıq astanasında, Nə bir imdad dilə, nə geri baxma. Tökülər məzara ömrün axını, Durar məzar daşın bir nida kimi! Küsüb bu dünyadan köçüb gedərsən, Kiməsə dediyin əlvida kimi. Bir gün qalmayacaq bir ümid yerin, Sönəcək gözündə şirin xəyallar, Dünyadan kəsilən hər ümidlərin, Ölümə calanan düyünləri var. Söndür ürəyində yanan qəzəbi, Zərər gətirəsi közü qalmasın. Sol çiynin üsdündə duran mələyin, Bəhanə gəzməyə sözü qalmasın.
Sayfa 79 - Şəfaqət ƏləsgərovaKitabı okuyor
indi ən gözəl uzağımın adı sənsən...
Sayfa 75 - Oğuz AyvazKitabı okuyor
Bəlkə elə bu gecə Ömür həvəsin basıb, Hansısa bədbəxt balıq Özün yosundan asıb.
Sayfa 67 - Mehman RəsulovKitabı okuyor
Yüyürsəm nəfəsim çatarmı görən, Bir dua yolu var məndən arzuya. Hə dəfə arxamca su atan zaman, Anamın göz yaşı qarışır suya. Nə bilim sonuncu sözüm hansıdı, Hansı vəfasıza nəğmə yazacam. Səhərdən səsinin sehrində idim, İndi başdan başla qulaq asacam.
Sayfa 64 - Qismət MəsimKitabı okuyor
211 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.