Gürzəçöl Yazıları

Vaqif Səmədoğlu
Bir gün təsadüfən üzərində “Gürzəçöl yazıları” yazılmış dəftər əlimə keçdi. Adını eşitsəm də, əsərin özünü görməmişdim.“Tapıntı”ma sevindim. Dəftəri, cırılmasın deyə, ehmalla vərəqlədim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə çox əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu, qaralama idi. Sənə: “Gəl bunu makinada yığım, çap edək” – dedim. Və indiyədək dəftəri görmədiyimə görə təəccübümü gizlətmədim. Sən çox ciddi tərzdə dəftəri əlimdən alaraq: “Üzərində işləməliyəm” – dedin. (Bu zaman, düzü, bir az incidim də) Və dəftəri göz- dən uzaq bir yerə qoydun. Belə ki, daha heç gözümə də dəymədi. Sonralar o yazıların taleyi ilə bağlı bir-iki dəfə maraq göstərsəm də, sənin susmağın mənimçün də bu mövzunu bağladı. O gündən nə az, nə çox 15 il vaxt ötdü... “Gürzəçöl yazıları”nı bu gün tapdım. Yox, bu “tapıntı”ma daha sevinmirəm. İçimdə bir üşütmə var. Dəftər də əlimə ağır gəlir. Daş kimi ağır... Sənin yoxluğun yazılarının çəkisini də ağır edib...
153 sayfa
Reklam

Yorumlar ve İncelemeler

160 syf.
·
Puan vermedi
·
Beğendi
·
26 saatte okudu
Tapıntı
Kitab Vaqif Səmədoğlunun ölümündən sonra çap olunan ilk kitabıdır, pritçalardan ibarətdir. Pritça - kiçik və orta həcmli nəsr nümunəsi, ədəbi janrlardan biridir. Pritçada fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısıyla oxucuya çatdırılır. Bu kiçik elmi məlumatı ona görə verirəm ki, bəziləri bu kitabı oxuyub və mətnaltı mənanı çox güman ki,
Gürzəçöl Yazıları
Gürzəçöl YazılarıVaqif Səmədoğlu · Parlaq İmzalar · 20166 okunma
153 syf.
4/10 puan verdi
·
3 günde okudu
Yazıçısı bilinməyən kitab
Vaqif Səmədoğlu’nu şeirləri ilə tanımışdım və həqiqətən bəyənmişdim. Gizli duyğuları və yaşanılıb anlaşılmayan həqiqətləri şeirlərində çox yaxşı ifadə etmişdi. Lakin şeir kitabını tapa bilmədiyim üçün ‘Gürzəçöl Yazıları’ adlı əsərini aldım. Kitab 23 qısa hekayədən ibarətdir. Bəzən heyvanlar üzərindən insanları anladıb, bəzən isə elə insanların özündən. Lakin heç gözlədiyim kimi olmadı. Çox az hekayələrini bəyəndim. (Bəzilərindəki zaman anlayışı, rütbə üstünlüyü və sürünən xalq portreti yaxşı idi məsələn.) Şeirlərindəki yaradıcılığı təəssüf ki, hekayələrində görə bilmədim və yazıları çox bəsit dərəcədi idi. Eyni adları dəfələrlə vurğulaması və bəzi sözlərin yersiz təkrarları bunu göstərirdi. Bir neçə hekayəsində isə şiddəti, təcavüzə cəhdi və kişilərin qadınlar üzərində qurduğu yersiz üstünlüyü heç çəkinmədən rahatlıqla dilə gətirib. O hissələri oxuyarkən sanki ürəyim bulandı və yazılar məni artıqlaması ilə narahat etdi. Oxuyub bitirdikdən sonra isə ağlımda tək bir sual yarandı. Bu kitabı kim yazıb?
Gürzəçöl Yazıları
Gürzəçöl YazılarıVaqif Səmədoğlu · Parlaq İmzalar · 20166 okunma
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.