Misra Misra

İlqar Fəhmi
Tahmini Okuma Süresi:
3 sa. 38 dk.
Sayfa Sayısı:
128
Basım Tarihi:
2018
Yayınevi:
Parlaq İmzalar Nəşriyyatı
ISBN:
9769952833898
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

7/10
·128 syf.··
Beğendi
·
2023 49. kitabı
·
10 saatte okudu
·
Okunma: 11 Mayıs 2023 20:36
*** Sevirəm mən səni, şiddətli yağışçün sevirəm, Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm. Səni qarçün sevirəm. Və baharçün sevirəm. Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm, Səni sahildə donan çılğın ürəkçün sevirəm. Səni bizçün sevirəm. Və dənizçün sevirəm. Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm, Səni titrək, həyəcanla dolu səsçün sevirəm. Səni odçün sevirəm. Və buludçün sevirəm. Sevirəm mən səni, bu dar küçələrçün sevirəm, Səni tünd qəhvə əti ətirli gecələrçün sevirəm. Səni hər gün sevirəm. Və şəhərçün sevirəm... Sevirəm mən səni, bir səssiz otaqçün sevirəm, Səni misraların altında varaqçün sevirəm. Səni sözçün sevirəm. Təzə gözçün sevirəm...
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201832 okunma
Şeirin də gərək tək Rəbbi ola
Puan vermedi·128 syf.··
2023 1. kitabı
·
32 günde okudu
·
Okunma: 21 Şubat 2023 00:00
Müxtəlif vəznlərdə şerlərdən ibarət bu kitabın ədəbiyyat yönünü bəyəndim. Kitabı mənə hədiyyə edən Sahhafçı qardaşıma təşəkkür edirəm. Ancaq oxuyarkən bir şeyi hissetdim ki, müəllifin dini qafiyədir. Qafiyəyə uyanda Rəbbinə şükredir, Qafiyəyə uymayanda (əksi uyanda) həyata küfredir. Rəbbinə isyan edir. Məncə şairin də gərək qırmızı xətti ola. Gərək hərşey məqsədyönlü ola. Qısacası ədəbiyyat olaraq gözəl idi. Hətta bu mənada öyrəndiyim. Şeylər də oldu. Gözəl işlənmiş fikirlər də var idi. Ancaq hər yerdə tutarlı deyildi.
Edebiyat Şiir
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201832 okunma
8/10
Dəyərli ziyalımız, yazıçı və şair İlqar Fəhmi qəzəl janrının klassik dil və üslubunda "səliqəli" dekonstruksiya işləri görür və qəliz, anlaşılmayan ibarələrdən uzaq gəzir. Bu baxımdan o, qəzəl və bir sıraklassik şeir janrına yeni nəfəs verərək müasir Azərbaycan oxucusundan uzaq düşən klassik poeziyanı doğmalaşdırmağı bacarmışdır. Bununla da qədim irslə müasir mədəniyyət arasında bir körpü salaraq poeziya oxucularının sevilən simasına çevrilmişdir. İlqar Fəhminin seçilmiş şeirlərinin toplandığı bu kitabda oxuculara ilk dəfə təqdim olunan şeirlər də yer almışdır.
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201832 okunma
Puan vermedi·128 syf.··
2022 26. kitabı
İtib könlüm quşu, yəqin, gəzir canan olan yerdə. Çünki adətdəndir dolaşmaq xəstəyə loğman olan yerdə. Dedilər dün gecə canan veribdir qətlimə fərman. Kim etməz canını qurban,bu cür sultan olan yerdə. Gözümdən axmasa qan-yaş, sənə olmazdım aşiq kaş. Düşəydi başıma bir daş, sənə heyran olan yerdə.
Misra Misraİlqar Fəhmi · Parlaq İmzalar Nəşriyyatı · 201832 okunma

Yazar Hakkında

İlqar FəhmiYazar · 11 kitap
İlqar Əli-Abbas oğlu Paşayev. 1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir.1992-97-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılığla məşğul olur. 3 kitabı dərc edilib, 2002-ci ildə “Axırıncı Qatar” pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. 2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.