Tahmini Okuma Süresi:
5 sa. 40 dk.
Sayfa Sayısı:
200
Yayınevi:
Xan Nəşriyyatı
Ülke:
Türkiye
Dil:
Türkçe

Yorumlar ve İncelemeler

Puan vermedi
Akvalanq romanı sadə və sadə olduğu qədər də mürəkkəb süjet xəttinə malik bir əsərdir. Roman Abşeron çimərliklərində dəniz Tanrısı Poseydonla rastlaşan evli qadının dilindən nəql olunur. Miflər insanların öz həyatlarına məna qatmağa müəyyən mənada yardım edir. Yunan mifologiyasından çıxıb gəlmiş Poseydon qadının darıxdırıcı həyatına bir əyləncə qatır, onun hisslərini ələ alır, onu xəyanətə təhrik edir. O, ərini sevir, ancaq başı rəsm çəkməyə qarışmış Azad sanki onu unudub, tabloda öz yerini almağa çalışan mələklərin əsirinə çevrilib. Qadın isə sevgi, diqqət, nəvaziş istəyir. Yazıçı romanda həyatın sənətə, sənətin həyata necə toxunduğunu və bu toxunuşun bəzən yaradıcı, bəzənsə öldürücü olduğunu əyani şəkildə göstərə bilib. Qadın dənizdə çimərkən medalyon tapır və həmin medalyonun içində öz şəklinin olduğunu görür. Hər şey də bundan sonra başlayır, o, artıq tora düşüb. Poseydonla görüş bu məkanda baş verir. Qadının xəyalları dənizin dalğaları kimi ləpələnir, onu uzaqlara aparıb çıxarır. O, özünü Poseydonun sevgilisi kimi aparır. Mif sanki öz oxşarını müasir versiyada yaradır.
Akvalanqİlqar Fəhmi · Xan Nəşriyyatı · 013 okunma
Reklam

Yazar Hakkında

İlqar FəhmiYazar · 11 kitap
İlqar Əli-Abbas oğlu Paşayev. 1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir.1992-97-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılığla məşğul olur. 3 kitabı dərc edilib, 2002-ci ildə “Axırıncı Qatar” pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. 2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.