İlqar Fəhmi

İlqar Fəhmi

YazarÇevirmen
8.6/10
39 Kişi
·
21
Okunma
·
6
Beğeni
·
130
Gösterim
Adı:
İlqar Fəhmi
Unvan:
Yazar ve şair
Doğum:
Bakü-Zire kenti, 1975
İlqar Əli-Abbas oğlu Paşayev. 1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir.1992-97-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılığla məşğul olur. 3 kitabı dərc edilib, 2002-ci ildə “Axırıncı Qatar” pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. 2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.
İnsan həm həyatda, həm də sənətdə eyni səviyyədə ola bilməz, adətən həyatda öz xəyallarını reallaşdıra bilməyən insanlar gözəl sənətkar olur.
Əgər kimsə müvəqqəti də olsa ətrafdakı hər şeyi beynindən silərək yalnız özü ilə üzbəüz qala bilirsə, bəlkə də o, dünyanın ən xoşbəxt adamıdır. Hə, elədir ki, var.
-Yazıq qızcığaz, sən indiyədək bilmədin ki, kainatda yalnız bir rejissor var, o da Allahdı. Biz hamımızsa təhkim olunduğumuz tamaşaya cüzi dəyişiklik belə etməyə ixtiyarı çatmayan aciz aktyorlarıq.
Axı ətraf baxışlar çox böyük qüvvəyə malikdir, səni özün də hiss eləmədən öz hakimiyyəti altına salır, özünün görmək istədiyi şəkilə salır və sən kənar nəzərlərin hökmü altına düşüb, qeyri-ixtiyari dəyişməyə başlayırsan, bir də onda xəbər tutursan ki, özün istədiyin kimi yox, başqalarının səni görmək istədiyi bir başqa adama çevrilmisən və bu yad adam səni bir müddət qıcıqlandırsa da, sonradan yavaş-yavaş ona öyrəşirsən, doğmalaşırsan, nəhayətdə aradakı nazik, zərif sərhəd itir, iki varlıq birləşir. Bunun qarşısını almaq üçünsə, yalnız və yalnız tənhalıq lazımdı. Daimi yox, mütəmadi tənhalıq.
Özünü tək, hamının nəzərindən uzaq hesab edəndə, adətən insanın içindəki bütün gizli emosiyalar qeyri-ixtiyari üzə çıxır.
-Yazıq qızcığaz, sən indiyə kimi anlamadın ki, kainatda bir rejissor var, o da Allahdı.Biz hamımızsa təhkim olduğumuz tamaşaya cüzi dəyişikliklər belə etməyə ixtiyarımız çatmayan aciz aktyorlarıq.
256 syf.
·Beğendi·5/10
Aqata Kristidən oxuduğum növbəti kitab..Adından göründüyü kimi əsər 10 nəfər şəxsin bilinməyən biri tərəfindən (onu tanıdıqlarını zənn etsələr də) Zəncilər adasına dəvət olunması ilə başlayır.Adanın qonaqları isə bir birnin ardınca müəmmalı şəkildə öldürülürlər.
Doğrusu Herkül Puarronun bu əsərdə iştirak etməməsi məni biraz üzdü.
Sonluqda bəhs etməyəcəyəm,lakin sonda heyrətlənmədiyimi desəm yalan söyləmiş olaram.
Hər dəfə dedektif romanlarını oxuyarkən məni yazıçının əsəri hansı psixologiya ilə yazdığı maraqlandırır...Ağıla gəlməyən qətl,ölümlər və s..Hər halda bu yazıçılarla söhbət etməyə dəyər..
Xoş mütaliələr...️
156 syf.
·Beğendi·10/10
cox gozel kitabi oxumaq fikrim yoxuydu duzu elime alib yerine qoyurdum bir qadin dedi oxuyun cox gozeldi pesman olmuyacaqsiz mende aldim oxudum ve yaxwikii o qeder tesirli gozel kotabdikii yeni adam deyer 156 sehifelik kitab olasan bele gozel olasann
156 syf.
·7/10
Psixoloji-detektiv triller janrında olan “Aktrisa” oxucunu ilk səhifələrdən - birdən-birə özünə bağlamır. Oxucu hadisələrin gedişini personajların ifadəsi vasitəsilə tədricən anlamağa başlayır. Nəhayət, gündəlik ortaya çıxdıqdan sonra hadisələr haqqında oxucunun zehnində yaranmış “öz versiyası”, qənaəti yavaş-yavaş əriməyə, əsərdəki versiyayla tanışlıq başlayır.

Romanı oxuduqca yazıçının teatra, Şekspir yaradıcılığına dərin marağının olmasını hiss etmək çətin deyil. Elə əsərinin adı da buna işarə vurur. Aktrisa Lalə mono-tamaşasıyla oxucu qarşısında rolunu oynamaqdadır.

Uilyam Şekspir özü də yazıb axı: “Dünya bir teatr səhnəsi, bizlər isə aktyorlarıq”.Bu yöndən baxdıqda, əslində hamımız rolda deyilikmi? Məsələn, “Aktrisa”nın müəllifi yazıçı, mən resenziya yazan oxucu, sizlər də əsər haqqında resenziyanı, təəssüratı oxuyan oxucular rolunda və s. Sadəcə əsrlər öncə Şekspirin dediyi bir cümləlik həqiqəti müəllif bizə “Aktrisa” romanıyla çatdırıb: “Hər insаnın həyаtı özünün səhnəyə qоyduğu pyеsdir. Özümüz qururuq, özümüz оynаyırıq. Uğurun dа, uğursuzluğun dа məsuliyyəti yаlnız öz üstümüzə düşür... Аmmа təəssuf ki, hеç kimin аktyоrluq fəаliyyəti yаlnız öz pyеsi ilə məhdudlаşmır. Hər kəs səhnə əsərinin rеjissоru оlmаqlа bərаbər, еyni zаmаndа, minlərlə bаşqа əsərdə muхtəlif rоllаr ifа еdir. Bаş rоllаrdаn tutmuş kiçik еpizоdlаrа qədər. Bütün bəşəriyyətin həyаtı şərq хаlçаlаrındаkı nахışlаr kimi bir-birinə hörülmüş tаmаşаlаrdаn ibаrətdir. Və hеc kim kiçicik pyеsini bu möhtəşəm hörgünün içindən çıхаrа bilmir...” (səh.68).
Yazının devamı: https://www.ceylanmumoglu.com/.../ilqar-fehmi-aktrisa
256 syf.
·Beğendi·8/10
Kitabi okudum ve cok beyendim cok heyecanli bir sujet hati var. Agata Cristinin en iyu polisiye kitaplarindan biri.O kadar heyecanli bir kitapdi ki, 4 gune okuyub bititdim. Okumanizi tavsiye ederim.
256 syf.
·Beğendi·10/10
Harika bir kitap. Dedektif severim. Aqata Kristinin kitaplarına da bayılıyorum. Bu kitapı da efsaneydi. Katilden şübhekenmişdim. Okusanız pişman olmazsınız kesinlikle. Dedektif seviyorsanız mutlaka okuyun.

Yazarın biyografisi

Adı:
İlqar Fəhmi
Unvan:
Yazar ve şair
Doğum:
Bakü-Zire kenti, 1975
İlqar Əli-Abbas oğlu Paşayev. 1975-ci ildə anadan olub. Bakının Zirə kəndindəndir.1992-97-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılığla məşğul olur. 3 kitabı dərc edilib, 2002-ci ildə “Axırıncı Qatar” pyesi Xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilib, bir neçə ssenarisi ekranlaşdırılıb və şeirlərinə musiqilər bəstələnib. 2003-cü ildə Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və Ulduz jurnalının şöbə müdiridir.

Yazar istatistikleri

  • 6 okur beğendi.
  • 21 okur okudu.
  • 2 okur okuyacak.
  • 1 okur yarım bıraktı.