Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Fəhmi

İlqar FəhmiAktrisa yazarı
Yazar
8.3/10
39 Kişi
193
Okunma
35
Beğeni
3.711
Görüntülenme

İlqar Fəhmi İletileri

İlqar Fəhmi iletilerini, İlqar Fəhmi okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
səhərdən axtarıb gəzirəm, amma, heç yerdən ətrini ala bilmirəm. mən sənin sevgini hara qoymuşam, heç cürə yadıma sala bilmirəm. 🥀
İlqar Fəhmi
İlqar Fəhmi
Darıxmağın gözəldi - baxır kiminçün.. Ürəkdə şimşəyin var - çaxır kiminçün? Səfeh bir eşq ucundan - batıb gedirsən, O inci göz yaşın, gör - axır kiminçün.. Səbrli ol, ayıbdı, - görüb deyərlər Qəzəblənib dişini - sıxır kiminçün? Günəş də aşiq olmuş - yəqin ki bir vaxt, Görən batir kiminçün ? - Çıxır kiminçün? Səmada bir mələk var - yaman nigaran.. Görən gözündə yaşla - baxır kiminçün..? 🌿
İlqar Fəhmi
İlqar Fəhmi
Reklam
Başın üste Ay Yıldız, silkeledin cihanı, Sen yetiştin imdada, dökülende Türk kanı!
İlqar Fəhmi
İlqar Fəhmi
Seni anlamak Türklüğü anlamaktır Ulu Başbuğ, rahat uyu🖤
Tökülür sənli saatlar o ömürdən, bu ömürdən Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən, Evimə dərd girir hər gün, o başından, bu başından Gözümə kölgə salırsan, o maşından, bu maşından. Səni sakitcə soruşdum o yağışdan, bu yağışdan Saçının ətrini aldım o balışdan, bu balışdan Süzülür sel kimi yaşlar o gözündən, bu gözündən Səni hicran öpür hər gün o üzündən, bu üzündən Bezmişəm sənsiz həyatın o adından, bu adından Zərrə-zərrə səni yığdım o qadından, bu qadından Tökülür sənli saatlar o ömürdən, bu ömürdən Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən…
İlqar Fəhmi
İlqar Fəhmi
Mənə bir qədəh ümid ver, Ki ürəkdə gizli-gizli doğulan hər arzu, istək, Yuvadan yıxılmasın qoy gözü bağlı körpə quştǝk.🌿
İlqar Fəhmi
İlqar Fəhmi
Reklam
Uçurumdan qopan anda, əlini tutmasa kimsə, Gözünü zillə səmaya, bacarırsansa gülümsə... Ən ağır məngənə içrə nicatın yalnız ölümsə, İnanirsansa dua et, bacarırsansa gülümsə. Sənin ən qorxulu həftən, mənim ən qanlı günümsə, Gözümə bax, dişini sıx,bacarırsansa gülümsə. Batıran ruhuna iynə bu acı zəhr dilimsə, Zəhərə azca şəkər qat, bacarırsansa gülümsə. Bu günəşdən yorulan yay mənim ən son fəsilimsə, Payız haqqında danişma, bacarırsansa gülümsə.
İlqar Fəhmi
İlqar Fəhmi
Sevirəm mən səni, şiddətli yağışçün sevirəm, Səni tufanlı soyuq şaxtalı qışçün sevirəm. Səni qarçün sevirəm. Və baharçün sevirəm. Sevirəm mən səni, şimşəklə küləkçün sevirəm, Səni sahildə donan çılğın ürəkçün sevirəm. Səni bizçün sevirəm. Və dənizçün sevirəm. Sevirəm mən səni, bir isti nəfəsçün sevirəm, Səni titrək, həyəcanla dolu səsçün sevirəm. Səni odçün sevirəm. Və buludçün sevirəm. Sevirəm mən səni, bu dar küçələrçün sevirəm. Səni tünd qəhvə ətirli gecələrçün sevirəm. Səni hər gün sevirəm. Və şəhərçün sevirəm... Sevirəm mən səni, bir səssiz otaqçün sevirəm, Səni misraların altında varaqçün sevirəm. Səni sözçün sevirəm. Təzə gözçün sevirəm...
İlqar Fəhmi
İlqar Fəhmi
Saçları bir zülfü-pərişan idi. Cümlə cahan zülfünə qurban idi. O qızın... İndi səliqəylə daranmış başını qar tutur. Saçlarını sanki qara rəng uduzur, ağ udur. Gözləri bir nərgizi-fəttan idi. Kipriyi sanki iti peykan idi.
Yenə də ərşə çıxıb naləsi sənsizliyimin Ağladır xəlqi yanıqlı səsi sənsizliyimin. Görmərəm mən səni dursan da gəlib qarşımda Gözümü çünki tutub kölgəsi sənsizliyimin. Məni sərxoş görübən,eyb eyləmə,ey dilbər Qəm meyiylə doludur süfrəsi sənsizliyimin. Sanma fəryad edirəm,şurə gəlib dərd kamanı Qəlbim içrə çalınır nəğməsi sənsizliyimin. Səni sənsiz yaşayan könlüm içində tapdım Ey vəfalım,bu imiş zirvəsi sənsizliyimin. Qorxuram vəslinə meyl eyləyim,ey nazlı sənəm Mənə sənsiz görünür bitməsi sənsizliyimin. Fəhmi sənsiz gecələr sübhə kimi şe'r yazır Çünki sözlə doludur sinəmin sənsizliyimin...
İlqar Fəhmi
İlqar Fəhmi
71 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.