Gönderi

Yenə də ərşə çıxıb naləsi sənsizliyimin Ağladır xəlqi yanıqlı səsi sənsizliyimin. Görmərəm mən səni dursan da gəlib qarşımda Gözümü çünki tutub kölgəsi sənsizliyimin. Məni sərxoş görübən,eyb eyləmə,ey dilbər Qəm meyiylə doludur süfrəsi sənsizliyimin. Sanma fəryad edirəm,şurə gəlib dərd kamanı Qəlbim içrə çalınır nəğməsi sənsizliyimin. Səni sənsiz yaşayan könlüm içində tapdım Ey vəfalım,bu imiş zirvəsi sənsizliyimin. Qorxuram vəslinə meyl eyləyim,ey nazlı sənəm Mənə sənsiz görünür bitməsi sənsizliyimin. Fəhmi sənsiz gecələr sübhə kimi şe'r yazır Çünki sözlə doludur sinəmin sənsizliyimin...
İlqar Fəhmi
İlqar Fəhmi
·
99 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.