Gönderi

Tökülür sənli saatlar o ömürdən, bu ömürdən Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən, Evimə dərd girir hər gün, o başından, bu başından Gözümə kölgə salırsan, o maşından, bu maşından. Səni sakitcə soruşdum o yağışdan, bu yağışdan Saçının ətrini aldım o balışdan, bu balışdan Süzülür sel kimi yaşlar o gözündən, bu gözündən Səni hicran öpür hər gün o üzündən, bu üzündən Bezmişəm sənsiz həyatın o adından, bu adından Zərrə-zərrə səni yığdım o qadından, bu qadından Tökülür sənli saatlar o ömürdən, bu ömürdən Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən…
İlqar Fəhmi
İlqar Fəhmi
··
248 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.