Gönderi

Saçları bir zülfü-pərişan idi. Cümlə cahan zülfünə qurban idi. O qızın... İndi səliqəylə daranmış başını qar tutur. Saçlarını sanki qara rəng uduzur, ağ udur. Gözləri bir nərgizi-fəttan idi. Kipriyi sanki iti peykan idi. O qızın... İndi daha parlamayır gözləri ulduz kimi. Kipriyi üstə gözünün yaşı donur buz kimi. Boy-buxunu sərvi-xuraman idi. Qamətinə sərv özü heyran idi. O qızın... İndi bükübdür belini acı həyat gör necə. Sanki çəkib ömrü boyu qəm yükünü gizlicə. Ləbləri bir qönçeyi-xəndan idi. Busəsi çox dərdlərə dərman idi. O qızın... İndi əsəbdən gecə-gündüz dodağın çeyniyir. Eh, bu qədər qayğı ki, var, al dodağı neyniyir. Nitqi şirindi, şəkəristan idi. Hər sözü məna dolu ümman idi. O qızın. İndi şikayət dolu sözlər oturub nitqinə. Axşamacan ah eləmək adəti olmuş yenə. Aşiqi bir tazə qəzəlxan idi. Çəkdiyi ancaq qəmi-hicran idi. O qızın... Aşiqinin indi qələm tutmağa yox taqəti. Neyləsin aşiq, belə gəldi qədəri-qisməti..
İlqar Fəhmi
İlqar Fəhmi
·
139 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.