Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şeirlər Toplusu (2014-1995)

Bu Gündən Dünənə

İlqar Fəhmi

Yorumlar ve İncelemeler

Tümünü Gör
91 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Hər vaxtınız xeyir, kitabsevərlər! Bir şeir kitabını daha bitirdim. Zənnimcə yavaş-yavaş oxuma həvəsim geri qayıdır. Şeirlər ruhumu dincəldir. Alıntı oxumağı sevdiyim üçün bəzi alıntılardan da kitablarla tanış oluram. Və alıntılardan tanış olduğum bu kitabla
Ays
Ays
sayəsində tanış oldum. Hətta şeirin birinə musiqi də bəstələnib. youtu.be/03XgjkPNhy8 Alıntı və mahnı mənə kitabı oxutdurdu desəm, yeridir. Təşəkkür edirəm
Ays
Ays
İlqar Fəhmi
İlqar Fəhmi
qələmi ilə ilk dəfə tanış oldum. Kitabın ön söz hissəsindən bir, iki səhifə oxudum. Əsasən də
Anar Rzayev
Anar Rzayev
'in fikirləri mənə maraqlı gəldi. Sonra səbrim çatmadı. Birbaşa şeirlərə keçdim. Kitabın hər səhifəsinə hörmətlə yanaşıram ancaq, bəzən səbirsizliyim məni incidir. Çox dərin mənalar var şeirlərində yazıçının. Ölümü sıx-sıx xatırlayır. Nakam məhəbbətin izləri var qələmində. "Gözəl sevmək" var. Eşqin yollarından keçməmiş biri bu qədər qəmli sətirlər düzə bilməz. Şeirin hər vəznindən xəbərdar olan yazıçı, adəta şeirlə bütünləşib. Bəzi sətirlərində özünütənqidə də yer verib. Tək bir nüansı sevmədim, demək olar ki, şeirlərinin yüzde səksənində Məcnun, Fərhad vurğusu var. Bu qədər təkrarlananda yorucu olur, mənim üçün. Bu tamamilə, mənim fikrimdir. Yeni kitabda görüşmək diləyi ilə xoş mütaliələr diləyirəm.
Bu Gündən Dünənə
Bu Gündən Dünənəİlqar Fəhmi · Bakı, Xan Nəşriyyatı · 201515 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.