Şeirlər Toplusu (2014-1995)

Bu Gündən Dünənə

İlqar Fəhmi

Sözler ve Alıntılar

Tümünü Gör
Məni axtar darıxanda.
Məni axtar darıxanda, Səni qəm, qüssə sıxanda. Yorulub sərsəm həyatdan, Gözünün yaşı axanda. Məni axtarma sevincək, Qayğısız şənlik edəndə. Gündə bir barda, kafedə, Yığışıb gün keçirəndə.
Sayfa 25 - PdfKitabı okudu
Məni axtar darıxanda..
Məni axtar darıxanda Səni qəm qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda... Saxta şit qəhqəhələrdən Bezikib təngə gələndə Taparaq nəysə bəhanə Yenə küncə çəkiləndə Məni axtar.. Məni axtar darıxanda...
Sayfa 47
Reklam
Harda unutdum..
Bəlkə yollar oldu məni çaşdıran? Qatar oğurladı itən sevgimi, Tələsik düşəndə kupedə qoydum Oxunub qurtarmış bir kitab kimi? Mən səni görəsən harda unutdum? Yağışda itirdim, qarda unutdum? Nəsə. Həyatdı da... mən bu yaşıma Nələrdən, kimlərdən doyub gəlmişəm. Təkcə səni deyil, mən özümü də Sənli günlərimdə qoyub gəlmişəm...
Sayfa 51
Unut məni..
Unut məni , yubanma, Çıxıb gedim yadından, Əsər də qalmasın qoy, Bu sevginin dadından. Unut məni səhərlər, Üfüq işıldayanda, Yavaşca pəncərəndə Budaq xışıldayanda. Unut məni günorta, Külək günü əyəndə, Divanda halsız-halsız Kitab vərəqləyəndə. Unut məni dünən də, Unut məni bu gün də... Unut məni, unut, tam. Səhər... Günorta... Axşam...
Sayfa 30
Belə sevilmək, hər kəsə nəsib olmur.
Yerdə layiqli məkan yox, sənin üçün mələyim, Göydə büllurdan imarət tikə bilsəm, gələrəm.
Sayfa 42 - PdfKitabı okudu
Möhkəm bir ip götürüb bir ucunu qapıya bağladım bir ucunu içimdəki sənə, sonra oturdum gözləməyə. Bir azdan kimsə gəldi, qapını dartdı, açılmadı. bərk dartdı ip qırıldı.
Sayfa 33 - PdfKitabı okudu
Reklam
Yolun, izin biləydi, adam gedib ölərdi. ..bir az ölüb.. gələrdi..
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.