Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vaqif Səmədoğlu

Vaqif SəmədoğluUzaq Yaşıl Ada yazarı
Yazar
7.8/10
25 Kişi
86
Okunma
30
Beğeni
4.167
Görüntülenme

Vaqif Səmədoğlu Yorumları ve İncelemeleri

Vaqif Səmədoğlu yorumları ve incelemelerini, Vaqif Səmədoğlu kitabı hakkındaki okur görüşlerini , Vaqif Səmədoğlu puanlarını 1000Kitap'ta bulabilirsiniz.
264 syf.
8/10 puan verdi
·
28 günde okudu
"Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..." Özünəməxsus dərin dəst-xətti olan Vaqif Azərbaycan poeziyasına sanki bir hədiyyədir.Vaqifin şeirləri insanı,həyatı,cəmiyyəti və öz daxilini anlamaq ehtirası ilə doludur.Şeirlərinin misraları bəzən insanı coşdurur,həyəcanlandırır,bəzən düşündürür.Fərqliliyi və çağdaşlığı ilə poeziyamızda xüsusi yer tutan Vaqif nə atası kimi,nə də digər şairlər kimi yazırdı.Onun şeirlərinin adı yoxdur,bir çoxunun sonu üç nöqtə ilə bitir,az sözlə oxucuda güclü təsir yaradır.Mənə bu qədər təsir edən onun bənzərsiz,özünəməxsus stilidir yəqin ki.Mükəmməl bənzətmələrlə oxucunu valeh edir Vaqif.. Şair kimi yox, şeir kimi ölmək istəyirəm... Oxunmaq arzusuyla yaşayıram əvvəldən axıra kimi oxunmaq... Əzbər qalmaq istəyirəm kiminsə yadında! - deyirdi Vaqif Səmədoğlu.Onunla ilk tanışlığımız olan bu şeirin məndəki yeri çox başqadır.Bilmirəm,özü istədiyi kimi yaşayıb ya yox,amma şeirləri çoxlarının qəlbində yaşayır,bundan əminəm..
Uzaq Yaşıl Ada
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200433 okunma
216 syf.
·
Puan vermedi
Sərbəst vəzndə yazılmış şeirlər ama hər biri çox aydın şəkildədi. Möhtəşəm bir qələmi var Vaqif Səmədoğlu'nun hamımız oxuyub, tanımalıyıq. Çox doğma gəldi mənə şeirlərin hər biri.. Tək mənfisi şeirlərin çox qısa olmasıdı. Oxuduqca oxumaq istəyirsən ama bir tərəfdən də kitabın bitməsini istəmirsən. Bir dəfə oxunacaq kitab deyil, şeirə ehtiyacımız olan vaxtlarda kitabı yenidən aça bilərik..
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201633 okunma
Reklam
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
Adından da bəlli olduğu kimi kitabda dörd şairin - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Odər və Rüstəm Behrudinin şeirləri yer alır. Mənim ən çox Vaqif Səmədoğlunun və Vaqif Bayatlı Odərin şeirləri xoşuma gəldi. Kitab 88 səhifədi. Şeirlər rahat şeirlərdi. Tez vaxtda oxuyub bitirmək olur.
Dörd Şair, Qırx Dua
Dörd Şair, Qırx DuaRamiz Rövşən · Xan Nəşriyyatı · 20157 okunma
216 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Fəlsəfi kədərin poeziyası
Səndən yenə qar yağır. Yenə sazaq dolu sinəndən şaxtalı sözlər, qırovlu ahlar, buz bağlamış gülüşlər çıxır. Ölüm qat-qat istidir səndən... Vaqif yaradıcılığı ənənəvi şeirdən janrı, mövzusu, heyata baxışı ilə fərqənən bir poeziyadır. Bu poeziya sərbəst düşüncənin məhsuludur və klassik təşbehlər, metaforlara rast gəlinmir. Kitabdan seçdiyim bir nümunədə bunu görmək olar: Aya baxıram, üzü ləkə-ləkə. Rentgendə görünən vərəmli ciyər təki. Ədəbiyyatdaki əzəmətli , nurlu Ay obrazında burada əsər qalmayıb, şair Ayı vərəmli ciyərə bənzətməklə onun bütün gözəllik etiketlərini mehv edin.
Sandıq Şeirləri
Sandıq Şeirləri
kitabında toplanan şeirlər Vaqifin yaşlı vaxtlarında yazıldığı şeirlər oldugu üçün bu şeirlərdədaha çox pessimist, dünyada yaşamaqdan yorulmuş ölümü arayan, ona qovuşmağa tələsən şair görürük. Lakin bu şeirlərdəki ölüm qorxulu bir məvhum deyil, əbıdi rahatlığın tək çarəsidir. Hər uca bir dağın dərin Dərəsi var, deyiblər. Ölümdən başqa hər dərdin, Çarəsi var, deyiblər... Bəlkə də hər uca dağın Zirvəsi dərəsidir, Bəlkə də ölümün özü hər dərdin çarəsidir... Şeirlərindəki pessimizmə, kədərə rəğmən fəlsəfi üslubu ilə insanı dünyadan ayıran Vaqif şeirləri oxunmağa dəyər bir poeziyadır . Yer üzünün məscidlərində, kilsələrində neçə milyard şam yanır hər gün? Amma yenə hər yan qaranlıq...
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201633 okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Yuxular qəribədir.Əlin çata bilmədiyi adamların həsrət qoxan səslərini eşitmək,heç gözlərinə baxmadığın birinin gözlərindən nəyisə oxumaq.Amma əfsus yuxuda da zaman bizdən əl çəkmir.Orda da bitir...Dünən yuxuda Vaqif Səmədoğlunu görmüşdüm.Hətta keçən il Səməd Vurğunu və Bəxtiyar Vahabzadəni də.Qəribədir,sanki hər üçünün üzündə kədər var idi.( məncə dünyanı ifadə edəcək ən doğru söz elə qəribə sözüdür, çünki tam anlamıyla bu sözü izah edən yoxdu.Elə dünya kimi, biz kimi) Ən xoşbəxt anında yuxu bitdi.Onu şəhərdə kimsə tanımır.Və yaxınlaşıb: -Siz Vaqif Səmədoğlusuz- deyə soruşuram.Gözlərindəki sevinclə bəli deyir.Məni öz otağına aparır.Və bu an yuxu bitir, ayılıram... Lənət nəyə deyim? Yuxudan oyadan saatamı? Yoxsa... Bu şeir kitabında o qədər ruha toxunur ki,şair. RUHA...Cismə toxunmağa nə var ki.Bəs ruha toxunmağı bacarmaq asandımı?! Hərdən mənə elə gəlir ki, mən yox, şeirlər məni yazır. Oxunuram, oxunmuram, kimi bəyənir məni, başqasının zəhləsi gedir hər sözümdən, fikrimdən. Bilmirəm, bilmək də istəmirəm kim cırıb atacaq, kim əzbərləyəcək məni... - deyə yazır Vaqif Səmədoğlu. Mənim müəllimim Vaqif Səmədoğlunu heç sevmirdi, şeirlərini ədəbiyyatdan kənar adlandırırdı.Çünki o anlamırdı.Mən isə sənin şeirlərini( yəni səni) şagirdlərimə əzbərlətməyəcəm,hiss etdirəcəyəm.Və bu ömrümün sonunadək davam edəcək.Mən unudulacam, sən isə daima yaşayacaqsan, Vaqif Səmədoğlu!
Sandıq Şeirləri
Sandıq ŞeirləriVaqif Səmədoğlu · Mütərcim Nəşriyyatı · 201633 okunma
264 syf.
10/10 puan verdi
·
7 günde okudu
Bu defa Türkçe. Okuduğum romanlarla beraber, bir çok şiir kitapları da okuyorum. Ama çok azını burada paylaşıyorum. Vaqif Səmədoğlu, Azərbaycan şairi Səməd Vurğunun oğludur. Her ne kadar babası daha çok sevilse de, ben Vaqif beyin babasından birkaç gömlek üstün olduğunu düşünüyorum. Aslında yazdığı şiirler, diğer kısa hikayeler de bunu gösteriyor. Bence şiir seven her kes şairin bu şiir kitabını okumalıdır. Hatta gelecekte Azerbaycan dilinden türkçeye çevirisini yapmak da aklımda var. Şairi bu kadar muhteşem yapan, yazarken sadece kendine odaklı kalmasıdır. Kenar tesirlerden oldukça uzak kalmaya çalışan şair, her mısrasında ruhumuzu okşuyor. İyi okumalar.
Uzaq Yaşıl Ada
Uzaq Yaşıl AdaVaqif Səmədoğlu · Şərq-Qərb Nəşriyyatı · 200433 okunma
Reklam
153 syf.
4/10 puan verdi
·
3 günde okudu
Yazıçısı bilinməyən kitab
Vaqif Səmədoğlu’nu şeirləri ilə tanımışdım və həqiqətən bəyənmişdim. Gizli duyğuları və yaşanılıb anlaşılmayan həqiqətləri şeirlərində çox yaxşı ifadə etmişdi. Lakin şeir kitabını tapa bilmədiyim üçün ‘Gürzəçöl Yazıları’ adlı əsərini aldım. Kitab 23 qısa hekayədən ibarətdir. Bəzən heyvanlar üzərindən insanları anladıb, bəzən isə elə insanların özündən. Lakin heç gözlədiyim kimi olmadı. Çox az hekayələrini bəyəndim. (Bəzilərindəki zaman anlayışı, rütbə üstünlüyü və sürünən xalq portreti yaxşı idi məsələn.) Şeirlərindəki yaradıcılığı təəssüf ki, hekayələrində görə bilmədim və yazıları çox bəsit dərəcədi idi. Eyni adları dəfələrlə vurğulaması və bəzi sözlərin yersiz təkrarları bunu göstərirdi. Bir neçə hekayəsində isə şiddəti, təcavüzə cəhdi və kişilərin qadınlar üzərində qurduğu yersiz üstünlüyü heç çəkinmədən rahatlıqla dilə gətirib. O hissələri oxuyarkən sanki ürəyim bulandı və yazılar məni artıqlaması ilə narahat etdi. Oxuyub bitirdikdən sonra isə ağlımda tək bir sual yarandı. Bu kitabı kim yazıb?
Gürzəçöl Yazıları
Gürzəçöl YazılarıVaqif Səmədoğlu · Parlaq İmzalar · 20164 okunma
160 syf.
7/10 puan verdi
·
5 günde okudu
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
yaradıcılığı ilə tanışlığım oldu bu kitab. Hər peomasında xüsusi bir nöqtəyə diqqət çəkirdi. Ümumi nöqteyi nəzərdən baxdıqda mövzu dünya, dünyanın dərki, axtarış, insan, bəşəriyyət, qorxularımız, ümidlərimiz idi. Sərbəst vəzində yazılıb şeirləri və mən bəyənirəm bu vəzində yazılan şeirləri.
Şəffaf Balıq
Şəffaf BalıqVaqif Səmədoğlu · 20222 okunma