Puan vermedi·455 syf.··Beğendi
···Okunma: 24 Ekim 2024 15:02 Yenə Hisslərimi alt üst edən bir kitab. Çərpələng Uçuranın ardından Xalid Hüseyninin bu kitabını da tezliklə oxuyacağım sözünü vermişdim özümə. Çünkü "Çərpələng Uçuran"nı heç vaxt unuda bilməyəcəm. Bu da unuda bilməyəcəyim kitablar siyahısına daxil oldu.
Ah Məryəm..Kaş o gün ananın sözünü dinləyib onun yanında qalsaydın. Axı kişilərin günahkarı göstərən barmağı daima qadınlara tuşlanıb. Kaş geri qayıtsaydın..Gec olmadan geri qayıtsaydın. Tək istəyin isti bir qucaq. Ata sevgisi idi..
Güclü Məryəmim.. Bütün çətinliklərə rəğmən heç vaxt yıxılmayan güclü qadınım. Kaş insanlar sadəcə sevgi ilə yaşasalar. Kaş qadınlar alçaldılmasa.. Kaş qadına bir əşya kimi baxılmasa.. Kaş qadınların hüquqları tapdalanmasa.. Kaş qadınlar da azad göyərçinlər kimi səmada qanad çırpa bilsə.. Onda sən də azad olardın Məryəmim. Kaş bütün valideyinlər övladlarına düzgün sevgini verə bilsə.. Onda sən də ata qayğısı görərdin Məryəmim.
Leyla ilə yollarınız hansısa ticarət mərkəzində.. ya da Kabilin ən məhşur parklarından birində kəsişə bilərdi. Ama qadın olmağınız bütün bunların üstündən xətt çəkir. Eyni dam altında eyni həyatı bölüşməyə məcbur qaldınız. Eyni bədbəxtlikləri,eyni qaranlıq həyatı yaşamaq. İllərin çətinlikləri üzünə qırış olaraq yansımış olsa da.. sən yenə də balaca Leylanın sənin yaşadıqlarını yaşamaması üçün əlindən gələni elədin. Bu gün də sizin kimi ətrafındakı "kişi'lərə görə qanadları qırılmış halda qəfəsdə yaşamağa məcbur qadınlar var. Kaş onların hamısına kömək edə bilsəm. Ama bacarmıram. Eynən bu kitabı oxuyub sadəcə ağlaya bildim. Məryəm və Leylanı xilas etməyi bacara bilmədiyim kimi, bunu da bacarmıram. Bir gün möhtəşəm bir günəş açacaq. Və sizin kimi qadınların üzünə daima günəşin şəfəqləri yansıyacaq. Mən buna inanıram. Mən dünyanın bir gün gözəl bir yer olacağına inanıram.