Bu kitab, təsiri sonradan gələn alkoqollu içki kimidir. İnsanda dərin boşluqlar yaradır. Həyata bir çarxın parçası kimi yox, kənardan baxmağa yardımçı olur. Mütləq oxuyun demirəm, oxumağa cəsarət edəcək qədər sorğulama həddinə çatın sadəcə.
YabancıAlbert Camus · Can Yayınları · 2025137,5bin okunma
Bu ay oxudum. Təsirindəyəm desəm, o deyil. Təsirində deyiləm desəm, o deyil. Belə bir kitab idi. İlk cümləsi ilə ön plana çıxarılıb həmişə. Amma kitabdakı "məni işlədiyim cinayətə görə yox, anamın dəfnində ağlamadığıma görə günahlandırırdılar" hissəsi daha çox qabardılmalıdır.