Gönderi

9/10
·342 syf.··
Beğendi
·
2024 34. kitabı
Kitab üçün DİA-da müəllimim olmuş siyasi elmlər üzrə fəlsəfə dokturu Nəsrin Süleymanovaya təşəkkür edirəm. Prezident kitabxanasında mövcud olan kitabda münaqişəyə bitərəf yanaşılmasa da Azərbaycan və Ermənistanda baş verən hadisələri öyrənmək barədə mühüm əhəmiyyət kəsb edir. Kitabda 1980-ci illərdən etibarən Azərbaycan və Ermənistanda baş verən hadisələr, Azərbaycanda baş verən təxribatlar, Moskvanın gah Bakı, gah da İrəvan lehinə oynadığı siyasi oyunların təfərrüatı, baş vermiş və azərbaycanlıların bilmədiyi əhəmiyyətli hadisələr, 1980-ci illərdən etibarən Azərbaycanda rəhbər şəxslərin, rəhbərlikdə təmsil olunan adamların atdığı səhv addımlar (mümkün ehtimal olunan xəyanətlər) tarixçilərimizin qüsurları və gələcəkdəki birgəyaşayış məsələri təqdim edilmişdir. Əsəri oxuduqca Qarabağ münaqişəsi olan zamanlara tarixi bir səyahət edir, münaqişənin background və foregroundunu yazıçının gözlərindən izləmiş oluruq. Tarixçilər mövzusunda hər nə qədər bizim tarixçilər konspirasiya etsələr də, yazıçı bu olanlara öz əsərində çünadibət göstərməməli və sadəcə təqdimedici funksiyanı daşımalı idi. Əlbəttə ki, bu cür nünaslar yazıçının bitərəfliyini sual altında qoyur. Digər məqam Sumqayıt hadisələri haqqında çoxlu yer ayrılmasına baxmayaraq, Xocalı hadisəsinə az yer ayrılması və azərbaycanlıların Ermənistandan kütləvi qovulmasının səbəblərinin araşdırılmaması idi. Bunlara baxmayaraq əsər bizim üçün fundamental xarakter daşıyır. Əsər hakimiyyətin yuxarı eşalonu tərəfindən oxunulub. Bunun nəticəsidir ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra kitabda göstərilən bəzi neqativ hallar aradan qaldırılmış və mədəniyyətlərarası məsələlər,dialoü ön plana çəkilmişdir. Thomas De Waal Qarabağ
1000Kitap
QarabağThomas De Waal · İlay MMC · 200811 okunma
·
124 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.