Larry Tremblay- Portağal bağı əsərini oxuyub bitirdim.
Müharibə düşünün…Müsəlman ölkəsi düşünün..Cəhalət düşünün..Nə düşünürsünüz düşünün. Amma heç bir müharibə , heç bir ədalət, heç bir dünya 9 yaşlı uşağın qurban verilməsinə susmamalı…Bunu seçim halına gətirən dünyada yaşadığım üçün utandım.Bir müsəlman olaraq bu qədər cəhalətə görə xəcalət çəkdim…
Əziz və Amid 9 yaşlı əkiz qardaşlardır.Bütün uşaqlar kimi xəyalları olan, bir-birindən ayrı qala bilməyən, portağal bağında uzun-uzun gələcək xəyalları quran, xalalarının yaşadığı Amerikanı təsəvvür edən 2 qardaş..
Bir gün atalarından onun övladlarından birinin üzərinə bomba dolu kəmər bağlayıb kamikadze olunması tələb olunur. Seçimi ata etməli və hamı da bu seçimə tabe olmalıdır. Bu kamikadzeyə müsəlman donu geyindirilib, şərəfli yol və şəhidlik mükafatı izahı verilir.
Bir valideyn necə övladını ölüm üçün seçə bilər??? Seçimin ağırlığını düşünün….
Ana düşünün…Bütün bunlara səsini çıxara bilməyən bir müsəlman qadını düşünün..
Seçim etmək məcburiyyətində qalan bir ana… Övladını ölümə göndərən bir qadın…
9 yaşlı oğlanın düşüncələrini və özünü qardaşının yerinə qurban verməsini düşünün…Bunu cəsarət adlandıraq, ya öləcəyini bilə -bilə qardaşının sağ qalması üçün edilən fədakarlıq??
Müharibə cinayətdir…Müharibə ədalətsizlikdir…Müharibə həyatın pis üzüdür..Nə bahasına olursa olsun, istər torpaq, istər ideya…istər qisas..Heç bir uşağın ölməsi mənim üçün müharibəyə haqq qazandırmır..
P.S. Müharibəsiz, gözəl və əmin -amanlıq , sülh ilə dolu dünyada uşaqların yaşaması diləyi ilə…Kitabla qalın