Payızdakı yarpaqlar kimidir nəfəslərim
Otağımda var intihar havası
Sənsizliyin kədəri köynəyimin rənginə qarışır
Bax gör yaraşırmı?
Duyardın susqunluğumun hayqırtılarını
İntiharlıq canlarım qoynunda
Ruhumu əllərinə üfürürəm, sevgilim
Topla həyatlarımı
Bir-iki şeirlik canım var tükənmədən əvvəl
Buraxım saçlarına dolaşsın həyatlarım
Nəfəslərimi al, kədəri saxla mənə
İzin ver kədəri öldürüm, xoşbəxtliyi yaradaq sənlə