Qadın xəstədir. Həyat yoldaşi çox yollar axtarir sevdiyi qadin ölməsin deyə. Nəhayət bir yol var...
Əməliyyat günü. Xəstəxana.
-Bu gün həmişəkindən daha gözəl görünürsən.
-Yaxşı, həmişəkindən daha xəstə və solğun demək istədin yəqin ( gülümsəyir).
-Sən dünyanın ən gözəl, ən möhtəşəm qadınısan ( əllərini bərk-bərk tutaraq).
-Bir vaxtlar bəlkə. Indi ən eybəcəriyəmdir ( gülürlər).
-Sən nə qədər pessimist olsan da, mən bir o qədər obtimist olacam.
-Poliannam mənim, ahahahaa
-Ahahahaaa...
Həkim içəri daxil olub:
-10 dəqiqə sonra əməliyyatxanaya alınacaqsız ( çıxır).
Hər şey sakitləşdi. Zaman durdu sanki. Gözlənən an gəlmişdi. Vəfa həyatı ilə qumar oynayırdı. Bu əməliyyat ya onu sağaldıb ayağa qaldıracaqdı, ya da həyatına son verəcəkdi. Ikisi də bilirdi bunu. Gözlər doldu, səslər titrədi...
-Gəldi zaman hə?
-Gə..gəldi...
-Şşşş...ağlamaq yoxdu, ağlamayacaqsan, bu məni daha da sarsar, gücsüzləşdirər.
-Yaxınlaşan hər gün işgəncə idi.
-Bilirəm, ikimizə də. Nə yaşadımsa, mənimlə yaşadığını bilirəm. Həyatımın ən çətin amma eyni zamanda ən anlamlı anları idi...
-Yox, yox...
-Şşş..Yanımda olman, mənim olman lütf kimi idi mənə. Hətta lütf idi.
-Vəfaa ( ağlayaraq)
-Mənə sadəcə icazə ver ( ağlayaraq danışır). Əgər..
-Yooxx, davam etmə..
-Əgər gözlərimi həyata yenidən açsam, yenə hər şey əvvəlki kimi olacaq, başqasına baxmaq ağlından keçsə, öldürərəm səni..
-ahaa ( ağlayaraq gülürlər ikisi də)
-Xarakterimi bilirsən. Yaşatmaram səni
-Bilirəm ( ağlayıb gülümsəyirlər)
-Sənan, əgər əksi olarsa, dur, danişma, əksi olarsa...( Ağlayır, udqunur güclə və sözünə davam etməyə çalışır) Olarsa, həyatına davam etməni istəyirəm.
-Vəfaa, danişma, sus artıq
-Sənan, küsmə həyata, dolu-dolu yaş. Mənim yeri( düyünlənir boğazı, udqunub yenidən davam edir) mənim yerimə də yaşa, həyatım. Söz ver, söz...söz ver..
-Yaxşı, yaxşı, amma sən yaşayacaqsan. Inanıram. Inanmaqdan heç vaxt əl çəkmədim. Həmişə buna tutundum (ağlayır)
Həkim daxil olar:
-Vəfa xanım, getmək vaxtıdır.
Vəfanı aparırlar. Sənan izləmə otağından baxırdı.
-Həkim, Sənan səsimi eşidə bilər?
-Bəli.
-Getməyini istəyirəm. Məni belə görməni istəmirəm. Get ( hiss etmişdi Vəfa).
-Mən burdayam, yanında. Hər zaman.
Vəfa narkozun təsiri ilə yuxuya gedir. Əməliyyat davam edir, 1 saat keçib artıq. Və birdən oldu...
-Elektroşok verin.
...
-Ürək masaji, cəld...
-Vəfa...Vəfa, bizimlə qal. Vəfaa, Vəfa..!
....
....
...
-Ölüm saatı 15:15...
-Yox, olmaz, Vəfaaaaa ( Sənan qaçıb əməliyyatxanaya daxil olur) Vəfaaaa, Vəfaammmm, yooooxxxx ( ağlayır)...
I həftə sonra...
-Ölūm səbəbi nədir?
-1 həftədir aclıq və susuzluq, baş komissar.
-Yaxınlarına xəbər verin.
-Yaxını yoxdur, komissar. Yetimxanada böyüyübmüş. Bir həyat yoldaşı olub. O da bir həftə əvvəl vəfat edib.
Komissar duruxur, sonra udqunub:
-Hər şey aydındır..
Insan yaşama məqsədini itirdikdə həyat mənasızlaşır və insan məhv olur...
Hacizademm🦋