Gönderi

Bir insan ömrünə sığa bilmirəm...
Puan vermedi·224 syf.··
Beğendi
·
2024 70. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Kasım 2024 16:49
Əslində, Məmməd Arazın sırf bu şeirini paylaşmaq üçün yazıram. Ən sevdiyim, ən həyəcanlandığım şeirlərindən biri. Onun şeirlərini səsləndirəndə Mikayıl Mirzə elə hiss etdirir ki, elə bil özü yazıb. Dinləmək istəyənlərə: youtu.be/A7-mpvukESA?si=... (səh.84) Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm! Səs getməyən, əl yetməyən Qədim tarix dərəsindən Səs ver mənim səsimə sən: Sənə gələn, səndən ötən nəydi belə? - Səndən ötüb qardaşına dəydi belə? Bununlamı neçə dəfə Ata-oğul, qardaş hissi haçalandı, Bir şəhərin Beş qardaşın xanlığına parçalandı? O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi Ataların imzasını Çəkib, ona möhür basan?! Adınızı dastanlardan oğrayaram, Ruhunuzu qıyma-qıyma doğrayaram Qara Çoban, Dəli Domrul. Ey Xan Eyvaz, Giziroğlu Mustafabəy, Əgər ki, siz Bu məsələ qol çəkdiniz! Sonra, sonra hansınızsa Xalqa gələn bir qəzadan Öz başını yana əydi. O qəza bir topa dönüb Səttarxanın tifaqına yaman dəydi, Məndən ötdü!... Məndən ötdü!.. Sevincə bax, qeyrətə bax! Bunu yazan xilqətə bax! Məndən ötdü!.. Qulağımdan getmir bu səs, Zərbələri qardaşına, Sirdaşına ötürən kəs Elə bil ki, bax bu gecə Qulağımın dibindəcə Xətainin süqutuna qəh-qəh çəkdi. Sonra, sonra Səhərəcan başına yüz qədəh çəkdi. O qəhqəhin dalğasından, O məstliyin baş fırladan Havasından qopan daşdı - Azərbaycan torpağında ARAZ boyda şırım açdı. Məndən ötdü... Bunu dedi Şəki xanı. Bunu dedi Bakı xanı, Bunu dedi İbrahim xan, Fətəli xan, Kəlbəli xan... Qəza ötsün məndən, - dedi, Ötən kimi “mən-mən” dedi: “Mən-mən” dedi bir ölkədə nə qədər xan. Onlar “mən-mən” deyən yerdə Sən olmadın, Azərbaycan! Səni səndən alıb belə Yüz illərlə uyutdular. Səni səndə ələdilər, Səni səndə üyütdülər. Dibək oldun öz duzunla, öz daşınla. Ögey oldun doğma, əkiz qardaşınla - Məndən ötdü deyənlərin qeyrətindən, Namusunu yeyənlərin qeyrətindən! Məndən ötdü... Məndən ötdü! Ey daşlaşan, torpaqlaşan, ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Ayağa dur! Dəfn etdiyim məsələnin Baş daşına Bir təəssüf xatirəsi yazıb, yondur: Səndən ötən mənə dəydi, Məndən ötən sənə dəydi. Səndən, məndən ötən zərbə Vətən, Vətən, sənə dəydi... 1967
Seçilmiş ƏsərləriMəmməd Araz · Lider Nəşriyyatı · 200440 okunma
·
96 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəldir