1. Cild

Seçilmiş Əsərləri

Məmməd Araz
Tahmini Okuma Süresi:
6 sa. 21 dk.
Sayfa Sayısı:
224
Basım Tarihi:
2004
Yayınevi:
Lider Nəşriyyatı
ISBN:
9789952417215
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar

Yorumlar ve İncelemeler

Bir insan ömrünə sığa bilmirəm...
Puan vermedi·224 syf.··
Beğendi
·
2024 70. kitabı
·
5 günde okudu
·
Okunma: 08 Kasım 2024 16:49
Əslində, Məmməd Arazın sırf bu şeirini paylaşmaq üçün yazıram. Ən sevdiyim, ən həyəcanlandığım şeirlərindən biri. Onun şeirlərini səsləndirəndə Mikayıl Mirzə elə hiss etdirir ki, elə bil özü yazıb. Dinləmək istəyənlərə: youtu.be/A7-mpvukESA?si=... (səh.84) Ey daşlaşan, torpaqlaşan ulu babam! Bu günümdən dünənimə uzaqlaşan ulu babam! Küləkləşən, dumanlaşan ruhunla sən Ayağa dur, səninləyəm! Səs getməyən, əl yetməyən Qədim tarix dərəsindən Səs ver mənim səsimə sən: Sənə gələn, səndən ötən nəydi belə? - Səndən ötüb qardaşına dəydi belə? Bununlamı neçə dəfə Ata-oğul, qardaş hissi haçalandı, Bir şəhərin Beş qardaşın xanlığına parçalandı? O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim dilimizin “haralısan” damarı da?.. Səninləyəm, ulu babam! Bu məsəli kimdi yazan? Hansı soysuz ata idi Ataların imzasını Çəkib, ona möhür basan?!
Seçilmiş ƏsərləriMəmməd Araz · Lider Nəşriyyatı · 200440 okunma
Puan vermedi·224 syf.··
2023 96. kitabı
·
1 saatte okudu
·
Okunma: 11 Nisan 2023 00:00
Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır. Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır.
Seçilmiş ƏsərləriMəmməd Araz · Lider Nəşriyyatı · 200440 okunma
Reklam

Yazar Hakkında

Məmməd ArazYazar · 3 kitap
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən). 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.