Gönderi

Spoiler
Puan vermedi·407 syf.··
2024 23. kitabı
·
10 günde okudu
·
Okunma: 10 Kasım 2024 18:43
Oxuduğum kitablar haqqında incələmə yazan biri deyilem,amma bu kitab haqqında danışmasam olmazdı.Bir müəlliməmin tövsiyəsi ilə başladığım bu kitab məndə dərin iz buraxdı. Cəbhədən yeni qayıdan Teymur Cahangirovun başına gələn əhvalat hadisələrin gedişinə yön verir.Başına gələn əhvalatdan sonra Teymur əməliyyat müvəkkili köməkçisi kimi işə başlayır.Öz işini böyük məsuliyyət və titizliklə görür.Mütəşəkkil cinayətkar qrupunu tapmaq kimi ağır vəzifəni öz üzərinə götürdükdə isə hadisələr daha da dərinləşir.Teymur illər sonra bütün cinayətkarları yaxalamağı bacarır.Ona qibtə etməmək mümkün deyildi. Kitabı oxuyarkən cinayətkarların nə qədər təhlükəli,təcrübəli olduqları insanı heyrətə gətirirdi.Cinayətkarlar böyük peşəkarlıqla maskalanmışdılar.Ele bunun ən böyük sübutu Teymurun illərdir ardına düşdüyü cinayətkarlardan birinin qardaşı olmağı idi. Oxuyarkən şəxsiyyətə psixoloji təsir metodlarından informasiyanın verilməsi,refleksiya,emosional eksperiment kimi metodlardan istifadəni də müşahidə etdim.Bu kitab həmçinin oxuduğum ixtisasla bağlı böyük təcrübə oldu mənim üçün.
Cəbhədən CəbhəyəHəsən Seyidbəyli · Hədəf Nəşriyyatı · 2013110 okunma
·
127 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.