8/10
·72 syf.··
2020 76. kitabı
“Mesele çocuklarına vereceğın her hangi bir ders değil, örnek bir yaşamdı.” Kafkanın atasına yazdığı, lakin sahibinə heç vaxt çatmayan məktubu … Bu kitabda Kafka heç vaxt cəsarət edib atasına deyə bilmədiklərini, hisslərini, düşüncələrini bir gecədə məktub şəklində yazır və beləliklə oxuyarkən anlayırsan ki, o bir növ öz həyatının psixoloji təhlilini edir. Ailədə olan “ata- övlad” münasibətlərinin ən dərininə gedərək atanın bir övlad üçün necə önəmli olduğu, onu necə rol model olaraq gördüyü, valideynin etdiyi hər bir hərəkətin o uşağın gələcəyinə necə təsir edəcəyi və sonrakı münasibətlərinin formalaşmasında necə vacib olduğunu göstərən bir kitabdır. Kafka özü də dediyi kimi o heç bir zaman özünü yetkin bir insan olaraq görə bilməyib. Atasının ona olan şiddəti və davranışları nəticəsində özgüvənini o qədər itirir ki, özünü uğursuz, qorxaq və dəyərsiz hiss edir. Kafkadan kitab oxumaq istəyən hərkəsin ilk oxumalı olduğu kitabdır məncə. Çünki bu kitabı oxuduqdan sonra oxuyacağınız digər kitabları çox daha yaxşı başa düşəcəksiz. Kafka heç vaxt bu məktubun çap olunmasını istəməsə də dostu Max Brod tərəfindən çap etdirilir və günümüzdə ən çox oxunan klassikalardan biri olur…
Babaya MektupFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 202254bin okunma
··
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.