Puan vermedi·122 syf.··
2024 20. kitabı
Bu hekayə həqiqətən insanın qəlbin qubar edib və onu düşündürəcək bir əsərdi.Xəyanət,ailə ,fədakarlıq sədaqət çox ustalıqla əks etdirilib.Aslan obrazı yalnız bu hekayədə deyil müəllifində qeyd etdiyi kimi hamımızın ailəsində həyatında olan bir obrazdı.Həyatda çoxumuzun həyatında belə fədakar insanlar yaşayır onlara nadirdə olsa təsadüf edirik.Və çox təəsüf ki bizdə özümüz görə bilməsəkdə belə insanlara əksər hallarda ya Fərhad kimi yada Gülzar kimi davranırıq.Əslində heç gözləmədiyimiz halda bəzən həyat bizi elə sovurur ki bəzən Fərhad bəzən Aslan bəzəndə Gülzar ola bilirik.Bu əsər mənə fədakarlıq barəsində düşündürdü yenə.İnsanlar fədakarlığı qürur verici bir şey zənn edir buna nümunə olaraq desək Aslan Fərhadı oxutmasaydı getsəydi əgər insanlar onu qınayacaq tənqid edəcəkdi və Fərhadın səfil həyatı olacaqdı.Amma bunun əksi oldu Aslan Fərhada həyatını verdi lakin Fərhad Aslanın həyatını aldı.İndi toxunmaq istədiyim məsələ burdadır ki fədakarlıq gözəl və qürur verici bir hal deyil insan bir müddət sonra özünü qarşındakına qurban verməyə başlayır və nəticədə öz həyatını məhv edir.Bunun ən gözəl nümunəsi Aslandı.Aslanın fədakarlığından bəhs etdik lakin Züleyxanında fədakarlığın göz ardı etmək mümkün deyil.Aslan pis olmasın Hacı ona baxmağa davam etsin deyə(o elə düşünürdü)Əsgərlə sevmədiyi halda evləndi psixoloji şiddətə məruz qaldı uzun illər.Əslində burada müəllif sadiq insanların Aslan kimi insanların fədakarlığın necə qədrin bildiyini göstərib. Fərhad kimi insanlarınsa yəni öz şəhvətinin əsiri olan insanların fədakarlığa necə qiymət verdiyini göstərməyə çalışıb.Bu hekayə fədakarlığın və həyatın əsl üzün göstərir.
Edebiyat
Aslan və FərhadCafer Cabbarlı · Gənclik Nəşriyyatı · 1980136 okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.