Nikkolo Ammaniti uşaq dünyasını axıcı bir dil ilə təsvir edib. Oxuyarkən paralel olaraq öz uşaqlığıma qayıtdım. Romanın sonluğunu bəyənməsəm də, ümumilikdə məncə uğurlu alınıb. Bəzi romanlar var ki, hər detal yaxşı işlənir, ancaq sonluğu inandırıcı olmur. "Mən qorxmuram"ı da o siyahıya əlavə etmək olar.
İnsanların evdən çölə çıxmağa ərindiyi isti yay günlərində, İtalyanın cənubundaki Aqua Traverse adlı bir kənddə, uşaqlar yarışırlar. Baş qəhrəman Mikele sonuncu olur. Cəza olaraq xaraba, qorxulu bir evə gedir və orda ömür boyu unuda bilməyəcəyi bir sirr ilə qarşılaşır.
Hekayənin gedişatında doqquz yaşlı Mikelenin valdeynləri ilə münasibətinin şahidi oluruq. 1970-ci illərin İtalyan ailəsi ilə tanışırıq. Uşaqların dünyasındaki sistem ilə böyüklərin dünyasındaki sistem arasında oxşarlıqlar çoxdur. Hər zaman qrupun bir lideri olur. Kobud, insanları döyməklə hədələyən, o necə istəsə elə olan, qrupun digər üzvlərinin ondan çəkindiyi bir lider. Mikele və dostları ilə əlaqəsi də buna oxşardır.