Kitab Freudun nişanlısına olan məktubların toplusudur.
Bu kitabı əsas nəyə görə sevdim desəm? Kitabda sevginin səmimiyyət, qarşılıqlı hörmət üzərində qurulduğu çox gözəl şəkildə göstərilib. Birdə Freudun sevdiyinə müraciət formaları çox xoşuma gəldi.
Freud nişanlısından uzaqdadır, gələcəkləri üçün çalışır və bu sırada sevdiyini də unutmur. İkilinin bir-birinə günlərinin necə keçdiyini anlatması incə sevginin nümunəsidir.
Kitabın sonu sürpriz doludur .
Freudun sizə də bir məktub yazmış olsa orda yazardı: " Məsafə sizin sevginizə əsla əngəl olmasın. Bir gün o məsafələr aşılacaq və siz qovuşacaqsınız ."
Sevgi MəktublarıSigmund Freud