Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevgi Məktubları

Sigmund Freud

Yorumlar ve İncelemeler

Tümünü Gör
184 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
Kitab Freydin nişanlısı Marthaya yazdığı məktublardan ibarətdir. Məktubları oxuduqca Marthanın geridönüşlərini oxumaq istəyi də yaranırdı məndə,yəni o qədər maraqlı idi. Məktublarda Freyd həyatı,elmi işləri,qarşılaşdığı maddi çətinlikləri, xəstəlikləri barədə Marthaya məlumat verir,bu onun sevdiyi ilə necə səmimi və dürüst olduğunu göstərir. Kitabda sevən bir dahi necə olur onu görəcəksiniz. Həmçinin sevdiyinə müraciət formaları çox gözəl və fərqli idi. Xoş oxumalar
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
Reklam
184 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Mənim, sevimli Martacığazım.
Bu Freydin oxuduğum ilk kitabıdır. Freyd haqqında olan təsəvvürlərimdə məni bir qədər yanıltdı. Freydin öz sevgilisinə olan mədhiyyələri, yanaşma üslubu bizə bambaşqa bir Freyd göstərir. Bu kitab Freydin həyatı ilə bağlı bəzi məqamlara da işıq salır və Freydin bu günkü hər kəsin tanıdığı Sigmund Freud olana qədər keçdiyi yollar, yaşadığı sıxıntılar, gələcəklə bağlı narahatlıqlarını bizə göstərir. . Eyni zamanda Freydin öz sevgilisinə olan inamı, hər şeyini bölüşməsi, ona olan sevgisi və Freydin bir müəllim üslubu ilə yanaşması da bizə bir çox şey ötürür.
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
184 syf.
6/10 puan verdi
·
4 günde okudu
Sevgi Məktubları
Bu əsər Frans Kafkanın Milenaya yazdığı məktublar kimidir.Freudun Martaya olan sevgisindən bəhs edir.Nişanlandığından bəri durmadan işləri barədə,yorğunluğu,xəstəliyi,başına gələnlərdən adaxlısı Martaya yazır."Mileneya məktublar"da olduğu kimi qızın məktublarını görmürük,bir tərəfli məktublar görürük yenə.Kitabın sonunda Freudun aforizmalarını görürük.
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
184 syf.
8/10 puan verdi
·
1 saatte okudu
Normalda eşq məğzli kitabları oxumağı çox sevmirəm. Amma bu kitap tipik eşq kitabı deyildi. Oxuyarkən başa düşürsən ki, bunu Freud yazıb, Jojo Moyes(sadəcə nümunədir) yazmayıb. Sigmund əsasən elmi, psixoloji əsərləri ilə tanınır. Bu kitabda isə onu fərqli yöndən görürük - sevən biri kimi. Kitabı oxumaq çox xoş oldu. Həqiqətən də bədii əsər oxuyurmuşam kimi hiss etdim. Xoş mütaliələr.
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
Reklam
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Freud yenə də insanların köməyinə gəlir. Bu kitabda onun tamam başqa keyfiyyətləri üzə çıxır: sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir. Oxumanizi tovsiye edirem.
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
184 syf.
·
Puan vermedi
·
Beğendi
·
75 günde okudu
Beğendim
Ümumi olaraq kitabı bəyəndim.İlk səhifələrdə S.Freud la bağlı fikirlərim qarışdı,hətta biraz sıxıcıda gəldi.Amma dəvam etdikcə Freudun Martaya yazdığı məktubların məzmununda belə faydalı fikirlər,insan psixologiyası ilə bağlı cümlələr kitabı xoşa gələn etdi.Bu məktublarda Freudun həyatından,yaşam tərzindən,çətinliklərdən,günlərinin necə keçdiyindən xəbər tutmaq olur.Hətta iki məktubda Freudun müəllimi olmuş Şarko nun dəvətindən,bu dəvətin baş tutduğu ofisin təsvirindən bəhs edir və oxuduqca maraq artır.Freudun evliliklə bağlı düşüncələri,maddi durumu və maddi durumunu necə nəzarətdə saxlamağından bəhs edir.Və xüsusəndə,4 illik adaxlısı olan Martaya duyduğu sevgidən bəhs olunur məktublarda.Kitabın sonunda kiçik təxmini 40 səhifəlik hissədə isə Freudun afforizmləri qeyd olunubki,onlarda da insan psixologiyası,cinsəllik,duyğular,cəmiyyət,mədəniyyət,din və kütlə psixologiyasından bəhs olunur.Oxuduğum kitablar arasında ən ətraflı incələmə yazdığım kitabdır.Və sonda digər bəyəndiyim kitablar üçündə dediyim söz: Oxumağa dəyər bu kitabı.
Sevgi Məktubları
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 201469 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.