Fərqlilər

Dilqəm Əhməd
Tahmini Okuma Süresi:
6 sa. 7 dk.
Sayfa Sayısı:
216
Basım Tarihi:
2015
Yayınevi:
Teas Press Nəşriyyatı
ISBN:
9789952494686
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Adlar, talelər, izlər
Puan vermedi·216 syf.··
Beğendi
·
2026 7. kitabı
·
14 günde okudu
·
Okunma: 31 Ocak 2026 23:53
Əzizim vətən sarı, Yol gedər vətən sarı, Çıxaydım dağ başına Baxaydım vətən sarı... Yollarının Cümhuriyyət dönəmində kəsişdiyi, bir-biri ilə görünən və görünməyən tellərlə bağlı olan fərqli, eyni zamanda dövrünün önəmli ictimai-siyasi və ədəbi simalarının həyatından maraqlı anları, tarixi faktları oxuduğumuz bir kitabdır “Fərqlilər”. Əsər sənədli oxu kimi xüsusi dəyərə malikdir. Məqalələrdə yer alan maraqlı fotoşəkillər, mühüm məlumatlar və məktublar kitabın faktoloji gücünü daha da artırır. Cümhuriyyət və mühacirət dövrünün ziyalı təbəqəsini yaxından tanımaq oxucuda milli qürur hissi oyadır, tarixə və keçmişə marağı dərinləşdirir. Bu baxımdan “Fərqlilər” təkcə oxu deyil, eyni zamanda xatırlama və anlama kitabıdır. Bununla belə, bəzi məlumatların sistematik şəkildə təqdim olunmaması, mövzuların bəzən qarışıq təsviri oxu zamanı müəyyən çətinlik yaradır. Ancaq tarix və ədəbiyyatla az-çox tanış olan oxucular üçün bu məqam əsərin dəyərini azaltmır; əksinə, fərqli və diqqətçəkən bir mənbə kimi maraq doğurur. “Fərqlilər”i oxuyarkən insan yalnız keçmişi oxumur, həm də o dövrün düşüncə yükünü, ağrısını və ideallarını hiss edir. Adları tarixdə qalan bu insanların taleləri səhifələr arasında yenidən danışmağa başlayır. Mənim üçün maraqlı səyahət oldu. Əsərləri Əsrimizin Siyavuşu kitabları da davamında oxunsa, sanki daha dolğun məlumat toplusu olar oxucu üçün. Hər zaman kitabla qalın. Bu dünyanın hər sirrini, Bizə deyir bu kitablar, Ömrümüzün yollarına, Nur çiləyir bu kitablar.
Tarih
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201567 okunma
Puan vermedi
Kitab Azərbaycan Cümhuriyyətinin mühüm nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, sənət dünyasının tanınmışlarından, həmçinin siyasətdə sözünü demiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım, Üzeyir Hacıbəyli kimi şəxslərin həyatından mühüm faktları, fraqment və fotoları oxucuya təqdim edir. Yazıçı bizi çar zindanlarda baş verən vəhşiliklərin şahidi edir, sanki bilmirsənsə xəbərdar ol, bilirsənsə xalqımızın nələr yaşadığını əsla unutma deyir. Sözü gedən kitab vasitəsilə şərqşünas alimimiz Mirzə Kazımbəyin, Bakının xilasında xüsusi əməyi olan Nuru Paşanın həyatı ilə tanış olub, "Molla Nəsrəddin" jurnalının ərsəyə gəldiyi o çətin dönəmlərə səyahətə çıxırıq. Kitabın irəliləyən səhifələrində vətən, maarif, azadlıq yolunun fədailəri olan qadınlarımızın ağrılarına şərik olur, mübarizələrini həyəcanla oxuyuruq.
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201567 okunma
Dilqəm Əhməd - Fərqlilər
10/10
··
Beğendi
Azərbaycan tarixinin qızıl ideologiya sahibləri haqqında görünən və görünməyən məqamlar... Tarixi faktlar...hər bir Azərbaycan vətəndaşının bilməyi gərəkən tarixi hadisələr kitabın içərisində cəmləşib...
Tarih
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201567 okunma

Yazar Hakkında

Dilqəm ƏhmədYazar · 7 kitap
Dilqəm Əhməd - 1985-ci ilin 3 dekabr tarixində Ermənistanın İrəvan şəhərində anadan olmuşdur. “Bozqırdan uçuruma", "İmtina", "Muza", "Kabilden Baküye sevgi metaformozu” kitablarının müəllifidir. "Dirilik nədir?" kitabının ön sözü ona məxsusdur. "Gündəlik Teleqraf" qəzetinin redaktorudur. Bir neçə jurnalda və internet saytda məqalələri yayımlanır.