Kitabı bir neçə dəfə sosial şəbəkələrdə görsəm də qismət bu zamana imiş deyib aldım. Kitabın real həyat hekayəsindən götürülməsi isə daha çox marağıma səbəb oldu. Az səhifəli və sadə, anlaşıqlı dildə yazıldığı üçün tez bitirdim.
Mövzusu, qatarda təsadüfən qarşı-qarşıya oturmuş iki yad insan.. Bu şəxslərdən biri, Əşrəf adlı yaşlı bir kişi qarşısında oturan gənc insanı, Əlini o qədər özünə doğma hiss edir ki, saatlarla ona öz keçmişindən, öz həyat hekayəsindən bəhs edir.
Əşrəf adlı yaşlı kişi uzun zamandır ki öz veteninə qayıtmır, uzun zamandır ki öz yaxınlarını görmür və görməyə də cəhd etməyib bəs buna səbəb nə olub? Onu öz vətənindən, valideynlərindən uzaq salan səbəb nədir? Bunlar kitabın sonlarına doğru bəlli olur.
Kaş ki sonluq belə bitməzdi dediyim kitablardan biri oldu.