Gönderi

7/10
·238 syf.··
Beğendi
·
2024 21. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Kasım 2024 19:55
Hadisələr Osmanlı dövlətinin güclü olduğu və İstanbulu yeni fəth etdiyi vaxtlarda yaşanır. O dövrün sadə insanın yaşayışını- nələr yeyib içdiklərini, hansı işlərdə çalışdıqlarını, şəhərin vəziyyətini göstərməyə çalışan yazıçıda bu əla alınıb. Eyni zamanda kitabı mənim üçün daha maraqlı edən isə yazıçının istifadə etdiyi dilin köhnə türkce, yəni Azərbaycan dilinə olduqca yaxın olmasıdır və bu dili çox oxunaqlı və maraqlı istifadə etməsidir. Həmin dövrdə yaşayan ata və oğulun başına gələnləri əfsanəvi və nağılvari hadisələrlə əla bir şəkildə göstərən yazıçı romanda olan bütün personajların keçmişdəki hekayəsinin və bura necə gəlib çıxdığını da danışaraq daha sağlam bir təsəvvür yaradır. Bütün bu nağıl və mistikanın içində məntiqli və ağlı başında nəticələrə gələn və əslində ən böyük gücün ağıl və elm olduğunu oxuyuculara çatdırır. Fürsət düşsə mütləq oxuyun, sadəcə dilin istifadəsi belə bu kitabı oxumaq üçün səbəbdir.
Puslu Kıtalar Atlasıİhsan Oktay Anar · İletişim Yayınları · 202467,6bin okunma
·
98 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.