·282 syf.··Beğendi
···Okunma: 13 Kasım 2024 14:30 Oxuduğum ən gözəl kitab ola bilər. İnsana yaşam arzusu və fərqli bir baxış açısı təqdim edən kitabdır. Fərqli bir mövzusu var. Alışılmışın xaricindədir. Kitabı oxuyarkən insan istəmədən öz potansiyalının fərqinə varır.
Nora Seed bərbat bir həyatı var. Onun üçün hər şey olduqca can sıxıcıdır. Bir gün ölüm onun üçün hər şeydən bir qurtuluş kimo görünsədə, bu addımı onu fərqli bir yerə aparır. Tək bir qərar və bir çox fərqli həyat. Atdığımız kiçik bir addım, ya da verdiyimiz önəmsiz qərarların əslində həyatımızı hansı ölçüdə dəyişdiyini görürük. Gözümüzdə çox kiçiltdiyimiz nüanslar, əslində həyatımızı kökündən dəyişə biləcək şeylərdir. Bir gün bəlkə hər şey bitəcək. Bütün işıqlar sönəcək və bir qaranlığa gömüləcəyik. Ancaq indi olduğumuz həyat aydınlıqdı. Başımızı qaldırdığımızda mavi bir səma var. Qaçmaq yerinə durub olduğumuz yaşamı dəyərləndirmək bizi fərqli bir nöqtəyə gətirə bilər. Hər şey dözülməz olduğunda sadəcə baxış açını dəyiş, o zaman gerçəklik sənə bir pərdə kimi görünəcək. Hər pərdəni araladığında orada olan həyatın dəyişmiş olacaq.
Mən kitabı çox sevdim, sizində oxumağınızı tövsiyyə edirəm. Oxuyun və oxutdurun♡