Gönderi

8/10
·168 syf.··
Beğendi
·
2024 22. kitabı
·
14 günde okudu
·
Okunma: 25 Kasım 2024 22:29
Kitab avtobioqrafik nüansların olduğu və balaca yaşlardan universitetə qədər ailəsi ilə yaşayan qızın həyatını birinci ağızdan danışır. Kafe və içində balaca mağaza işlədən ata anasının ona ayıracaq vaxtı yoxdur. Uşaq kafeyə gələn alt təbəqəyə məxsus işçi sinfinin ağzı söyüşlü və kefli hallarının və mağazaya gələn pensiyaner qocaların, işsiz qadınların arasında böyüyür. Daha sonra getdiyi özəl məktəbdə cəmiyyətin üst təbəqəsindən olan insanlarla tanış olmağı içində böyüdüyü çevrəyə baxışını tamamilə dəyişməsinə gətirib çıxarır. Universitetə qədər uzanan bu zaman içində gənc qız ailəsini, özünü, çevrəsini və tanış olduğu oğlanları öz içində dayanmadan sorğulayır və aid olduğu sinifdən bir üst sinifə keçidin çətinliklərini oxucuya da çatdıra bilir. Kitab universitet vaxtı qızın hamilə qalması və uşağı aldırmağa çalışması ilə başlayır. Bundan sonra keçmişə ayna tutulur və hər şey gün üzünə çıxır. Olduqca cəsur yazan yazıçı, 4-5 yaşından etibarən dünyayı ve insanları qavrayışını, yeniyetməlik və gənc qız olduğu vaxtlarda qarşı cinsə baxışını, arzu və şəhvət hissini, qarşı cinsin ona baxışını çəkinmədən dilə gətirir. Olduqca yaxşı dillə yazılmış kitabı maraqla oxudum. Mənim üçün maraqlı və öyrədici olan tərəflərdən biri də yeniyetmə qızın gözündən dünyaya baxmaq oldu.
Boş DolaplarAnnie Ernaux · Can Yayınları · 20223,326 okunma
·
48 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.