Puan vermedi·234 syf.····Okunma: 16 Kasım 2024 14:45 Leonore Fleyşer— Yağış adam
Çarli, gənc, yaraşıqlı və araba alıb satmaqla məşğul olan, 26 yaşında bir gəncdir. İşləri yolunda getmədiyi üçün böyük bir borca girir. Bir gün atasının ölümü ilə bağlı xəbər alır. Eyni zamanda autizmli bir qardaşının olduğunu və bütün mirasın ona qaldığını öyrənir. Çarli qardaşı Reymondu qaldığı klinikadan qaçırdaraq mirası ondan alaraq ən azından borclarını bağlayacağını düşünür. Hadisələr də elə bundna sonra başlayır. Qardaşı autizmli olsa da qeyri adi bacarığı vardır. Gördüyü bütün rəqəmləri, eşitdiyi sözləri, kitabları bir dəfə oxumaqla yadında saxlaya bilir və Çarli də bu bacarığından yararlanmaq istəyir. O, uşaq vaxtı xəyalında canlandırdığı "Yağış adamın" əslində heç də xəyal olmadığını, onun əslində qardaşı olduğunu öyrənir.
Kitabı bitirən kimi filmini də açıb izlədim. Amma filmi, kitabda olan o duyğusallığı ötürə bilmədi mənə. Kitabı çox bəyəndim.